"Bavariya"dan Dibala üçün 100 milyon avro

"Bavariya"dan Dibala üçün 100 milyon avro
DÜNYA FUTBOLU 31 Oktyabr 2018 / 20:14 2547
-  A +

"Bavariya" "Yuventus"un futbolçusu Paulo Dibalanı transfer etməyə hazırlaşır.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Xames Rodriqesin gözləniləndən zəif çıxışı və yüksək maaşı Münhen klubunun bu fikrə düşməsinə səbəb olub. "Bavariya"nın argentinalı hücumçu üçün 100 milyon avro ödəməyə hazır olduğu bildirilib. Transferlə bağlı artıq danışıqlara başlanıldığı vurğulanıb.

Qeyd edək ki, Dibala 2015-ci ildən Turin təmsilçisində oynayır.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord