Messi məşqlərə başladı - Şəkil

Messi məşqlərə başladı -  Şəkil
DÜNYA FUTBOLU 31 Oktyabr 2018 / 17:06 4214
-  A +

İspaniya La Liqasının 9-cu turunda “Sevilya” ilə oyunda zədələnən “Barselona”nın kapitanı Lionel Messi məşqlərə başlayıb.

Qol.az-ın məlumatına görə, bu barədə klubun rəsmi Tvitter səhifəsi xəbər yayıb. Argentinalı hücumçu fərdi şəkildə məşq edir.

Qeyd edək ki, qol sümüyündə qırıq aşkarlanan 31 yaşlı futbolçunun təxminən 3 həftə meydana çıxa bilməyəcəyi açıqlanmışdı.

Messi bu mövsüm “Barsa”nın heyətində 12 oyuna 12 qol vurub, 6 məhsuldar ötürmə edib.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord