Superliqada 4-cü istefa

Superliqada 4-cü istefa
DÜNYA FUTBOLU 1 Oktyabr 2018 / 16:28 2327
-  A +

Türkiyənin “Kasımpaşa” klubunun baş məşqçisi Kemal Özdeş istefa verib.

Qol.az-ın məlumatına görə, bu barədə Superliqa təmsilçisinin rəsmi  saytı xəbər yayıb. Baş məşqçinin klub rəhbərliyi ilə aralarında fikir ayrılığı olduğu üçün bu qərarı verdiyi bildirilib. 48 yaşlı mütəxəssis 2016-cı ildən "Kasımpaşa"nı çalışdırırdı.

Qeyd edək ki, "Kasımpaşa" 7 turdan sonra 12 xalla 5-ci pillədə qərarlaşıb. 

Əlavə edək ki, Superliqada bu mövsüm “Ərzurumspor”da Mehmet Altıparmak, “Rizəspor”da İbrahim Üzülməz, “Akhisarspor”da isə Saffet Suşic baş məşqçi vəzifəsindən ayrılmışdı.

Son xəbərlər
topaz banner