"Liverpul"dan ilk xal itkisi

"Liverpul"dan ilk xal itkisi
DÜNYA FUTBOLU 29 Sentyabr 2018 / 22:29 3268
-  A +

"Liverpul" İngiltərə Premyer Liqasında növbəti oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Yurgen Kloppun komandası 7-ci turda səfərdə "Çelsi" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

"Çelsi" - "Liverpul" - 1:1
Qollar:
Eden Hazard, 25 (1:0), Daniel Stariç, 89 (1:1)

Bu, "Liverpul"un 2018/2019 mövsümündə ölkə çempionatında ilk xal itkisi olub.

Qeyd edək ki, "Mançester Siti" və "Liverpul" hərəyə 19 xalla 1-2-ci pillələri bölüşdürür. "Çelsi" 17 xalla 3-cüdür.


Son xəbərlər
topaz banner