"Arsenal"dan qələbə

"Arsenal"dan qələbə
DÜNYA FUTBOLU 29 Sentyabr 2018 / 19:57 3073
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal" İngiltərə Premyer Liqasında növbəti oyununu keçirib.

Qol.az-ın məlumatına görə, London klubu 7-ci turda "Uotford"u qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Arsenal" - "Uotford" - 2:0
Qollar
: Katçart, 81-avtoqol, Məsut Özil, 83

Bu qələbə ilə xalını 15-ə yüksəldən Unay Emerinin komandası turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Arsenal" oktyabrın 4-ü "Qarabağ"ın qonağı olacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş yerli vaxtla saat 20:55-də başlayacaq.


Son xəbərlər
topaz banner