Qattuzo gedir, Konte gəlir - İddia

Qattuzo gedir, Konte gəlir - İddia
DÜNYA FUTBOLU 29 Sentyabr 2018 / 15:52 2925
-  A +

"Milan" rəhbərliyi komandanın baş məşqçisi Cennaro Qattuzonu istefaya göndərməyə hazırlaşır.

Qol.az-ın “La Gazzetta dello Sport”a istinadən yaydığı xəbərə görə, uğursuz nəticələrdən sonra gənc mütəxəssisin gələcəyini müzakirə edən rəhbərliyin artıq yeni çalışdırıcı axtarışlarına başladığı iddia olunur. Hazırda bu vəzifəyə ən real namizəd isə Antonio Kontedir. “Rossonyerlər” Qattuzonu məhz “Çelsi”nin sabiq baş məşqçisi ilə əvəzləmək fikrindədir.

Qeyd edək ki, “Milan” bu mövsüm A seriyasında keçirdiyi 5 oyunda cəmi 6 xal toplayıb və 14-cü sırada qərarlaşıb.

Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...