UEFA-dan Belarusa cəza

UEFA-dan Belarusa cəza
DÜNYA FUTBOLU 28 Sentyabr 2018 / 17:43 2349
-  A +

UEFA Belarus Futbol Federasiyasını (ABFF) 3 min avro məbləğində cərimələyib.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, buna belaruslu azarkeşlərin UEFA Millətlər Liqasının 2-ci turunda Moldova ilə səfər matçı zamanı pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.

Yerli federasiya oktyabrın 12-də Lüksemburq, oktyabrın 15-də Moldova ilə keçirəcəkləri ev oyunları zamanı azarkeşlərdən qaydaları pozmamalarını və ictimai asayişə əməl etmələrini istəyib.

Qeyd edək ki, D Liqasının 2-ci qrupunda keçirilmiş Moldova - Belarus matçı qolsuz bərabərliklə başa çatıb.

Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...