Zidanın finalda geyindiyi forma hərracda

Zidanın finalda geyindiyi forma hərracda
DÜNYA FUTBOLU 28 Sentyabr 2018 / 16:40 3350
-  A +

Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidanın 1998-ci il dünya çempionatının finalında geyindiyi forma hərrəca çıxarılacaq.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, forma oktyabrın 13-də Fransanın paytaxtı Parisdə "Drouot" hərrac evində satışa çıxarılacaq.

Hərracın təşkilatçısı Jan-Mark Leyne bildirib ki, Zidanın  final görüşünün ilk hissəsində geyindiyi və yuyulmayan formasından 20-40 min avro gəlir əldə etməyi planlaşdırırlar. O, formanı Zidana yaxın olan bir şəxsdən aldığını deyib. 

Xatırladaq ki, Fransa millisinin Braziliyanı 3:0 hesabı ilə məğlub etdiyi final qarşılaşmasında Zidan dubl etmişdi.

Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...