"Özil hələ də mənim ürəyimdədir” - Yoahim Löv

"Özil hələ də mənim ürəyimdədir” -  Yoahim Löv
DÜNYA FUTBOLU 28 Sentyabr 2018 / 12:45 3578
-  A +

Almaniya millisinin baş məşqçisi Yoahim Löv Məsut Özilin onunla görüşmək istəməməsinə münasibət  bildirib.

Qol.az-ın "Bild"ə istinadən yaydığı xəbərə görə, baş məşqçi  açıqlamasında yaranan vəziyyətdən üzgün olduğunu bildirib:

“O, bizimlə danışmaq istəmir. Bu məni məyus edir. Çünki uzun müddət onunla bir yerdə çalışmışıq. Təbii ki, Özillə görüşmək, danışmaq istəyirəm. O, hələ də mənim ürəyimdədir”.

Xatırladaq ki, FİFA-nın təşkil etdiyi “The Best” mükafatlandırma tədbirinə gedən Löv Almaniya millisinin sabiq üzvü ilə görüşmək istəsə də o, görüşdən imtina edib.

Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...