Bu gün 2024-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib.
Qol.az-ın məlumatına görə, sözügedən turnir Almaniyada təşkil olunacaq. Bununla bağlı qərar UEFA-nın İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçirilən iclasından sonra verilib. Qərarı qurumun prezidenti Aleksandr Çeferin açıqlayıb.
Xatırladaq ki, Avro-2024-ə ev sahibliyi etməyə Türkiyə və Almaniya namizədliyini vermişdi.
Qeyd edək ki, Avro-2020-nin final mərhələsinin oyunları isə Bakı (Azərbaycan), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya), Brüssel (Belçika) və London (İngiltərə) şəhərlərində keçiriləcək. Bakı Olimpiya Stadionunda A qrupunun 3 oyunu ilə yanaşı, 1/4 final matçlarından 1-i keçiriləcək.
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq