Klub rəhbəri Ronaldo hədəflərindən danışdı

Klub rəhbəri Ronaldo hədəflərindən danışdı
DÜNYA FUTBOLU 26 Sentyabr 2018 / 18:50 3768
-  A +

"Klubda missiyamız var. Amma buna zaman lazımdır. Hədəfimiz klubumuzu beynəlxalq arenada daha da tanıtmaq və əhatəmizi genişləndirməkdir".

Qol.az-ın məlumatına görə, bu sözləri Braziliya millisinin sabiq üzvü Ronaldo deyib.

Veteran hücumçu İspaniya mətbuatına açıqlamasında yeni aldığı "Valyadolid" klubu haqda gələcək planlarından danışıb: "Madridin mərkəzində də klubun ofisini açmaq istəyirik. İnsanları oradan Valyadolidə gətirmək, klubumuzla yaxından tanış etmək istəyirik".

Qeyd edək ki, La Liqa təmsilçisi 5 oyundan sonra 3 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...