İngiltərənin "Arsenal" klubunun futbolçusu və Ermənistan yığmasının kapitanı Henrix Mxitaryan diplomatik pasportdan məhrum edilib.
Qol.az-ın "Qraparak" qəzetinə istinadən verdiyi məlumata görə, 29 yaşlı yarımmüdafiəçiyə qarşı bu addımın səbəbi açıqlanmır.
Diplomatik pasport yüksək vəzifəli şəxslər, deputatlar və Ermənistan baş nazirinin sərəncamı ilə pasport təqdim edilən vətəndaşlarda olur. Bu sənəd Ermənistan xalqının və dövlətinin "səfir"lərinə, dövlətin nüfuzunu xaricdə yüksəldən şəxslərə verilir. Mxitaryan da onların sırasında olub. Qəzet Ermənistan Xarici İşlər Nazirliyindən (XİN) məsələ ilə bağlı şərh öyrənə bilməyib.
Daha əvvəl Ermənistan XİN yüksək vəzifəli keçmiş məmurları diplomatik pasportlarını qaytarmağa çağırıb.
Qeyd edək ki, "Arsenal" Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. İki komanda arasında ilk oyun oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu görüşdə Henrix Mxitaryanın iştirak edib-etməyəcəyi bilinmir (Report).
İspaniya Belçikaya qarşı
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da
"Qarabağ"dan böyükhesablı qələbə
Karim Rossi “Qəbələ”də
"Şamaxı"dan yeni transfer
"İnter"in hədəfinə düşdü
Əlcəzair millisində gərginlik davam edir
"Kəpəz" onu da göndərdi
“Sumqayıt”a yeni baş məşqçi təyin edildi
Almanlar Kloppa nə qədər maaş təklif edib?
Mərakeş qalib olsa, yarımfinala itkilərlə gedə bilər
İsveçrədən Argentina matçına görə xüsusi məşq
"Arsenal"dan yeni transfer
Rafael Markes millinin baş məşqçisi oldu - Rəsmi