“İlk oyunda qələbə qazana bilərdik. Çünki pis oynamadıq. Bəzi qol şanslarımız oldu. Cavab görüşünə nikbin yanaşırıq. Geridönüş edəcəyimizə inanıram. Bunun üçün çalışacağıq".
Qol.az-ın məlumatına görə, bu sözləri Sloveniyanın “Olimpiya” klubunun prezidenti Milan Mandariç Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la cavab oyunu öncəsi yerli mətbuata deyib.
"Ancaq bizdə alınmasa və mərhələni keçə bilməsək, bu, dünyanın sonu olmayacaq. Belədə Avropa Liqasında mübarizə aparmaq və irəliləmək imkanımız olacaq" - deyə o bildirib.
Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" görüşü bu gün saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"