“Kimin oynayacağına baş məşqçi qərar verəcək. Mən bu oyuna hazıram. Kollektivlə birlikdə məşqlərdə iştirak edirəm. Bakıya nə üçün getdiyimizi bilmək önəmlidir".
Qol.az-ın məlumatına görə, bu sözləri Sloveniyanın "Olimpiya" klubunun kapitanı Branko İliç Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi yerli mətbuata deyib.
O, ilk oyundan əvvəl də yaxşı hazırlaşdıqlarını bildirib: “Qarabağ”la duellərə hazır idik. İlk matçda biz rəqibdən yaxşı idik. Ancaq qəribə qol buraxdıq. Yaxşı oyun keçirmişdik. Həmin görüşü təhlil etmişik. Bakıda daha yaxşı oynayacaq gücümüz var. Əminəm ki, 1 və ya 2 qol vura bilərik”.
Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" görüşü sabah saat 21:00-da başlayacaq.
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"