Prezident İlham Əliyev Fransa prezidenti Emmanuel Makrona məktub ünvanlayıb.
Qol.az xəbər verir ki, Əliyev həmkarını Fransanın futbol üzrə dünya çempionu olması münasibəti ilə təbrik edib: “XXI dünya çempionatında Fransa futbolçularının möhtəşəm qələbəsi və dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Dünya birinciliyinin gərgin mübarizəsindən qalib çıxaraq öz tarixində ikinci dəfə bu yüksək titulu qazanmış və azarkeşlərinə hədsiz sevinc bəxş etmiş Fransa yığmasının bütün üzvlərinə təbriklərimi yetirir, onlara yeni-yeni uğurlar diləyirəm”.
İ.Əliyev həmçinin, çempionatda ikinci yeri tutmuş Xorvatiyanın prezidenti xanım Kolinda Qrabar-Kitaroviçə də məktub göndərib. Təbrik məktubundan deyilir:
“Hörmətli xanım Prezident,
Futbol üzrə XXI dünya çempionatında Xorvatiya yığma komandasının uğurlu çıxış edərək bu mötəbər turnirin gümüş medalını qazanması münasibətilə Sizə və dost Xorvatiya xalqına təbriklərimi yetirirəm.
Dünya birinciliyinin bütün oyunlarında yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək tarixində ən böyük müvəffəqiyyətə nail olmuş Xorvatiya futbolçularını ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram”.
Prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə də təbrik ünvanlayıb. Təbrik məktubunda deyilir: "Sizi və bütün Rusiya xalqını futbol üzrə XXI Dünya Çempionatının uğurla keçirilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Dünya çempionatı idmanın bu ən populyar növünün bütün pərəstişkarları, milyonlarla azarkeş üçün həqiqətən unudulmaz idman bayramı oldu. Rusiyada başa çatmış dünya birinciliyi idmanın xalqları yaxınlaşdıran, dostluğu və əməkdaşlığı möhkəmləndirən böyük qüvvə olmasını parlaq şəkildə nümayiş etdirməklə, haqlı olaraq çempionatlar tarixinə bu cür turnirlərin ideal təşkili, hazırlanması və keçirilməsi nümunəsi kimi daxil olacaq".
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi