Top qapı xəttini keçdi, hakim oyunu bitirdi - Video

Top qapı xəttini keçdi, hakim oyunu bitirdi - Video
VİDEO 2 Noyabr 2017 / 19:57 5669
-  A +

İspaniya 2-ci liqasında mübarizə aparan “Gimanstika Seqoviana”  və “Ponferradina” komandalarının oyununda maraqlı hadisə baş verib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, matçın son anlarında “Ponferradina”nın futbolçusu rəqib qapıya aşırtma zərbə endirib. Top qapı xəttini keçdiyini anda oyunun baş hakimi Lopez Parra final fitini səsləndirib.

Futbolçular baş hakimin bu qərarına nə qədər etiraz etsələr də, referi qolu qeydə almayıb və matç 0:0 başa çatıb.


 




Daha çox


Son xəbərlər