"İnter"in futbolçusu Samir Zərgərov Topaz Premyer Liqanın 9-cu turunda "Səbail"ə 0:1 hesablı uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib.
- Komandanız ardıcıl 3-cü dəfədir məğlub oldu. Nə deyə bilərsiniz?
- Komandanın futbolçularının yarısı zədəli, yarısı xəstədir. Eyni heyətlə, 11-12 nəfərlə oynamaq çox çətindir. Elə komandalar var ki, heyətlərində 23-24 futbolçu var. Bizdə bu baxımdan çox böyük problem mövcuddur.
- Hər məğlubiyyəti bu amilə bağlamaq nə dərəcədə doğrudur?
- Bağlamaq deyəndə ki, olur da. Uşaqların bəziləri oyunlara iynə ilə çıxırlar. Yəni, əlimizdə geniş heyət yoxdur.
- Yəqin ki, "İnter"in iynə-dərman almağa pulu var...
- Buna imkan var. Söz veriblər, gələn həftəyə kimi pullarımızı alacağıq.
- Bu ayın maaşını?
- Nə qədər qalıbsa, hamısını. İki-üç ay qalıb.
- "Səbail"in qələbəsini layiqli hesab edirsiniz?
- Məncə, pis oynamadıq, bizim də imkanlarımız oldu. Fasilədən sonra daha yaxşı oynayan tərəf biz idik. Qələbə münasibəti ilə "Səbail"i təbrik edirəm.
- Sizcə, komandaya nə motivasiya verə bilər?
- İnşallah, qışdan sonra transferlər olar. Bir oyunçu üçün daim oynamaq çox çətindir. Dəyişikliklə oynadıqca, futbolçular yaxşı formada qalacaq. Belə çox çətindir. Biri zədəli, biri xəstə oynayır.
- Komanda növbəti oyunlara "İnter" yox, "Keşlə" adı ilə çıxacaq. Bu barədə nə deyə bilərsiniz?
- "İnter" mənim üçün doğma komandadır. Artıq 5-ci ildir burdayam. İstəməzdik ki, "İnter" adını dəyişsin. Adlı-sanlı klubdur, Avropada da reytinqi var. "Zirə" və ya "Səbail" də yeni yarananda, insanlar uyğunlaşa bilmirdi. Amma indi "Zirə" deyəndə, hamı normal qəbul edir. İnşallah, hamı "Keşlə"ni də qəbul edəcək.
- "İnter"in adını dəyişməsinə üzülürsünüz?
- Bəli, 5 il şərəfini qoruduğum "İnter"in adı tarixdən silincək. Bu baxımdan üzülürəm.
- Bu gün "İnter"in son oyununun olması sizə motivasiya vermirdi?
- Verirdi. Hər oyunda əlimizdən gələni edirik ki, "İnter"i yaşadaq. İndi keçəcəyik "Keşlə"yə.
- Yəqin ki, qışa qədər rəhbərlik komandadan heç nə istəmir...
- Hamımız qələbə qazanmaq istəyirik. Bu gün (dünən - red.) də pis oynamadıq. "Kəpəz"lə oyuna hazırlaşacağıq.
- Təcrübəli futbolçu olsan da, demək olar ki, start heyətində yer almırsan. Bu nə ilə bağlıdır?
- Bu, məşqçinin taktiki gedişi də ola bilər. Həm də "Neftçi" ilə görüşdən sonra neçə gündür məşq etmirdim.
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu
"Milan" onunla yeni müqavilə imzalayır
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
Okan Buruk “Barselona”ya məğlubiyyətdən danışdı
Diqqət! Azərbaycan derbisi gəlir...
ÇL-in oyunlarını yayımlayacaq kanallar
Arda Turandan Türkiyə millisi iddialarına cavab!
Mourinyo ilə jurnalist arasında maraqlı dialoq
"Sevincliyəm, qürurluyam, fəxr edirəm!" - Video
Azərbaycan klublarından avrokuboklarda yeni qələbə rekordu
PSJ "Mançester Siti"yə, "Fənərbaxça" "Aston Villa"ya qarşı
Güləşçimiz U-23 dünya çempionatında gümüş medal qazandı
Azərbaycan UEFA reytinqində irəlilədi
"Qalatasaray" - "Barselona" matçında vurulan qollar - Video
İlk ev oyunu, ilk qələbə - Video
"Sabah" ÇL-də neçəncidir?
"Qalatasaray" "Barselona"ya uduzdu, "Atletiko"dan qələbə
“Söz verirəm ki, daha yaxşı oynayacağıq” - Dambrauskas
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər