“Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədovun Qol.az saytına müsahibəsi
- “Qəbələ” bu mövsüm bir qədər qeyri-sabiqçıxış edir. Komandada əvvəlki kimi özünəinam sanki yoxdur. Bu nə ilə bağlıdır?
- Komanda bu il çox dəyişikliklər oldu. Halbuki bu qədər olmurdu. Yeni gələn futbolçular adaptasiya prosesini gec keçdilər. Mənə elə gəlir, problemlər bununla bağlıdır. Başqa ciddi bir şey yoxdur. Düşünürəm ki, getdikcə hər şey düzələcək.
- Ötən tur “Sumqayıt” üzərində çətin qələbə qazandınız. Birinci dövrənin son turunda isə “Kəpəz”ə uduzmuşdunuz. Həmin oyunlar haqda nə deyə bilərsən?
- “Kəpəz”ə məğlubiyyət bizim üçün çox pis oldu. Evdə oynayırdıq, uduzmaq istəmirdik. Futbolda belə şeylər olur. “Sumqayıt”la görüşdə ancaq qələbəyə köklənmişdik ki, məğlubiyyəti unutduraq. “Sumqayıt”la bütün səfər oyunlarımız çətin olur. Buna baxmayaraq, qələbə qazandıq. 3 xal bizə çox lazım idi. Ümid edirəm ki, bundan sonra yaxşı olar.
- Növbəti turda lider "Qarabağ"a qarşı oynayacaqsınız. Fikirlərini bilmək maraqlı olardı...
- Bizi “Qarabağ”la çox çətin qarşılaşma gözləyir. Maraqlı və gərgin görüş olacaq. Azarkeşlər baxımlı oyun görəcəklər. Ev oyunudu, qələbə qazanmağa çalışacağıq.
- Hazırda “Qarabağ” “Qəbələ”ni 3 xal qabaqlayır. Nəzərə alsaq ki, Ağdam klubu sizdən bir oyun az keçirib və həmin görüş də “Səbail”ə qarşı olacaq, ehtimal etmək olar ki, xal fərqi bir qədər də artacaq. Qəbələdə rəqibə məğlubiyyət isə 9 xallıq fərq yarada bilər. Bu, sizi qorxutmur?
- Hamı onu deyir, amma qabaqda hələ çox tur var. İndidən heç nə demək olmaz. Siz sona 3-4 tur qalmış bu sualı versəydiniz, mən başqa cür cavablandırardım. İndi heç nə bilinmir. Kimin çempion olacağını söyləmək qeyri-mümkündür. Bu tur evdə “Qarabağ”a uduzsaq belə, hələ heç nə bitməyəcək. Qarşıda çox tur var. Çempionat demək olar ki, indi başlayıb.
- “Qarabağ” bu gün “Atletiko” ilə qarşılaşacaq və aydın məsələdir ki, xeyli enerji sərf edəcəklər. Bunu sizin üçün üstünlük hesab etmək olarmı?
- Yorğunluq deyəndə ki, “Qarabağ” “Atletiko” ilə bu gün oynayır. Bizimlə oyuna isə hələ 4 gün var. Məncə, heç bir yorğunluqdan söhbət gedə bilməz. İki oyun arasında xeyli vaxt qalır. Onlar artıq buna öyrəşiblər, 2-3 gündən bir oyun keçirirlər. Keçən il bizdə də belə idi. Əksinə, tez-tez oynayanda komanda daha yaxşı formada olur. Yəni, bu bizi ümidləndirmir ki, “Qarabağ” oyuna yorğun çıxacaq. Çünki elə bir şey yoxdur.
- Hər futbolçu daim start heyətdə meydana çıxamağı istəyər. Adətən oyuna əvəzetmədən daxil olursan. Bu nə ilə bağlıdır?
- Ehtiyatdan da meydana çıxıram, əsas heyətdə də oynayıram. Bilirsiniz ki, yaxşı formada olduğum vaxtda əməliyyat keçirdim. Bundan sonra bir qədər oyunumda eniş oldu. Baş məşqçi də görür ki, çatışmazlıqlar var. Çox şey özümdən asılıdı. İdeal formada olsaydım, start heyətdə meydana çıxardım. Səhvi özümdə axtarmalıyam. Oyuna ehtiyatdan daxil olmaq məni narahat edir. Amma bunun özü də yaxşıdı. Deməli, baş məşqçi mənə güvənir ki, meydana buraxır. Mənə inanırsa, start heyətdə oynadacaq. Hər şey özümdən asılıdır.
Elnur SALAHOV
DÇ-2026: Günün oyunları
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
Azərbaycan millisində çıxış etməsinə rəsmən icazə verildi
Bir işarəsi ilə bütün komandanı susdurdu! - Video
"Bura turist kimi gəlməmişik"
"Şəfa"dan ilk legioner transferi
Azərbaycan millisinin oyunu Gəncədə!
Türkiyə millisinin üzvü "Trabzonspor"da- Rəsmi
"Barselona" ilə müqaviləni uzatdı
Yamal: "DÇ-2026-nın qalibi olacağam"
Polis Almaniya Futbol İttifaqına basqın etdi
Kapitanla yola davam - Rəsmi
"Liverpul" müdafiəçi transfer etdi
MEDİA müsabiqələrin nəticələrini açıqlayıb
Elvin Cəfərquliyev start heyətdə
Lempardla müqavilə uzadıldı
“Kayzerslautern” Mahiri təbrik etdi - Şəkil
Zinçenko klubsuz qaldı
Özbəkistan millisi qəhrəman kimi qarşılandı - Şəkillər
İnfantino Trampa 10 bilet hədiyyə edib
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
Deşam dünya çempionatlarının tarixinə düşdü
Mbappe Messi ilə bombardirlik yarışından danışdı
UEFA "Çelsi" və "Nyukasl"ı cərimələdi
"İnter"dən ayrıldı, "Panatinaikos"a keçdi
Bakıda İBA Çempionlar Gecəsi keçiriləcək
Fransanın böyükhesablı qələbəsi - Video
Meksika millisi 40 illik həsrətə son qoydu
Ronald Kuman istefa verdi
“Neftçi”nin 4 rəqibi