"Belə məğlubiyyətdən sonra danışmaq çətindir. Hesab daha da böyük ola bilərdi. Çempionatda ən bərbad oyunumuz idi. “Neftçi” qələbəyə layiq oyun göstərdi".
Qol.az-ın məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqanın 8-ci turunda "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Erkən qolu qırılma nöqtəsi saymaq olarmı?
- Oyunun gedişatı göstərirdi ki, “Neftçi” ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmaqda istəkli idi. Rəqib futbolçuların ustalıq səviyyəsi də çox yüksəkdir. Boşluqlardan yaxşı istifadə etdilər.
- “Səbail” iddialı komandalara qarşı göstərdiyi oyunun yarısını edə bilmədi. Səbəb nə idi, rəqib sürətli idi, yoxsa sizdə alınmadı?
- “Neftçi” daha sürətli oynadı. Hər oyun bizim üçün təcrübədir. Bir az gözlənilməz oldu. “Neftçi” yüksək templə oynadı. İndi danışmaq çətindir. Səhvlərə baxmalıyıq.
- Sizi bəxtsiz məşqçi saymaq olar? “Neftçi”yə qalmaqallı dövrdə təyinat aldınız, indi də yeni qurulabən komandaya gəldiniz.
- Məşqçilik karyeram yeni başlayır. İndidən bəxtsiz demək tezdir. Yeni komanda formalaşdırmışıq. Bəlkə də gələn il indiki heyətdən 3-4 nəfər qalacaq. Rəhbərlik nə qədər güvənsə, çalışacağıq komandanı gücləndirək. Komandada futbolçu sayı çoxdur, amma keyfiyyət aşağıdır. Qarşıdan transfer fasiləsi gəlir. 6-7 futbolçunu göndərmək istəyirik. Tədricən bu proses gedəcək. Yaxşı kollektiv formalaşdırmağa çalışırıq.
- Ruslan Əmircanov komandanızdadır. Onunla müqavilə bağlanacaqmı?
- Hələ bilinmir. Təcrübəsinə güvənirik. Bizimlə məşq edir. Ola bilsin, dekabrda komandaya götürdük.
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"
“Kayrat”dan ağır məğlubiyyət
Onlar da bugünkü oyunu buraxırlar - “Qarabağ”da yeni itkilər
“Qarabağ” “Tvente” ilə oyuna bu heyətlə çıxır
Ronaldinyo 46 yaşında karyerasını bərpa edir
London klubu azarkeşlərinə xəbərdarlıq etdi
“Bu forma üçün əlimdən gələni edəcəyəm”
Premyer Liqadakı ilk matçını buraxa bilər