“Mlada Boleslav” Kamranın transferini açıqladı

“Mlada Boleslav” Kamranın transferini açıqladı
GÜNDƏM 28 İyul 2017 / 19:25 7466
-  A +

Çexiyanın “Mlada Boleslav” klubu millimizin qapıçısı Kamran Ağayevi transfer etdiyini rəsmən elan edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı qolkiperlə 2017/2018 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Ağayevin adı Avropa Liqasının 3-cü təsnifat mərhələsində Albaniyanın "Skenderbeu" klubu ilə oyunlar üçün iştirak ərizəsinə daxil edilib.

Xatırladaq ki, K.Ağayevin son klubu Portuqaliya "Boavişta"sı olub.



Daha çox


Son xəbərlər