Bu gün güləşçilər qarşılaşdıqları problemlər və şəraitsizliklə bağlı açıq havada brifinq keçiriblər.
Qol.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında yunan-Roma güləşi üzrə dünya çempionu, “Rio-2016″nın bürünc mükafatçısı Rəsul Çunayev deyib ki, artıq 1 ildir təlim-məşq toplanışı keçmirlər: “Bir ildir federasiya bizə maaş, mükafat vermir. Biz dövlətimizi, vətənimizi təmsil edirik. Əsgərlər silahı olmadan müharibə apara bilmədiyi kimi, biz də təlim-məşq toplanışları keçirmədən yüksək nəticə əldə edə bilmirik. Üzdə olan adamlar bizik, uduzanda saytlar, insanlar bizim haqqımızda pis fikir səsləndirirlər. Bizə şərait yaradılanda yüksək səviyyədə çıxış edirdik, hazırda şəraitsizik. Hətta zallarda su belə yoxdur, krantdan doldurub içirik. Məşqçilər, masajçılar, həkimlər maaşlarını ala bilmədiyi üçün çıxıb gedib. Bizim də başqa işimiz yoxdur, sırf idmanla məşğul oluruq.
Cənab prezidentimizin dəstəyi ilə yarışlarda yüksək səviyyədə çıxış etmişik. Təəssüflər olsun ki, son 1 ildə federasiyada yaradılan gərginliklər bizim nəticələrimizə təsir edir. 3 həftədən sonra dünya çempionatına getməliyik. Komandanın isə 70 faizi zədəlidir. İdmançıların heç birinin müalicə olunmaq imkanı yoxdur.
Olimpiadadan sonra əməliyyat olunmaq üçün 3 ay gözlədim. Məni də müalicə etmədilər, öz hesabıma Türkiyədə əməliyyat olundum. Aramızda elə uşaqlar var ki, məşqə gəlməyə pulları yoxdur. Getdik təlim-məşq toplanışına, yemək olmadığı üçün bizi oteldən çıxardılar. İki ildir bizə forma da verilmir, yarışlarda köynəklərimizi bir-birimizə verib dəyişirdik. Tam forma ilə yarışlara qatılan başqa ölkələrin komandaları qarşısında utanırdıq. Bizə rəsmilər çıxıb demir ki, pul yoxdur, maliyyə ayrılmayacaq, hər kəs də öz işini bilər. Bu gün, sabah deyə-deyə ilyarımdır problemlər davam edir”.
Sərbəst güləş üzrə millinin üzvü Hacı Əliyev də vəziyyətlə bağlı danışıb. O deyib ki, gənc idmançıların məşqə gedib-gəlməyə imkanı yoxdur:
“İlk növbədə cənab prezidentimizə təşəkkür edirəm ki, bizə hər bir şəraiti yaratmışdı. Amma bu gün bir sıra problemlərlə qarşılaşmışıq. “Rio-2016″da 9 medal qazandıq, bu, zarafat deyil. Bizim bura yığışmağımızın məqsədi odur ki, bu qədər gənclərimiz ciddi problemlərlə üzləşiblər.
Federasiya prezidentinin harda olduğunu bilmirəm, vitse-prezident Namiq Əliyevi axırıncı dəfə Rio Olimpiya Oyunlarında görmüşəm.Ondan sonra heç vaxt zallara gəlməyib. Əli müəllimlə danışmışıq, o da deyir düzələcək, baş məşqçimiz də müalicədədir.
Yarıdan çoxu kasıb uşaqlardır. Hamısı bayrağı ucaltmaq arzusu ilə alışıb-yanır. 15 aydır ki, maaş üzünə həsrətik. Dünya çempionatına çox az vaxt qalıb. Gedib dünya çempionatında məğlub olmaqdansa, getməmək yaxşıdır. Müraciət edirik, deyirlər gözləyin, yaxşı olacaq. Belə olsa, heç bir komanda dünya çempionatına getməyəcək. Diqqət olmasa, nəticə də olmayacaq. Bizə demişdilər İslam Oyunlarından sonra problemlər həll olunacaq".
İdmançılar bildirib ki, sözügedən problemlərdən Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin də xəbəri var.
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Mançester Siti” “Liverpul”u darmadağın etdi
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu