“İstədiyim oyunu göstərmədilər” – Samir Abasov

“İstədiyim oyunu göstərmədilər” –  Samir Abasov
GÜNDƏM 28 İyul 2017 / 14:26 2575
-  A +

“Hazırlığın ilk mərhələsində 7-8 gün yüngül məşqlər etdik. İkinci mərhələ isə uşaqların fiziki durumunun yaxşılaşdırılmasına hesablanıb”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.
 
O, klubun rəsmi saytına açıqlamasında komandasının Türkiyə hazırlığını dəyərləndirib: “Boluda əsas işimiz futbolçuların taktiki hazırlığının yaxşılaşdırılması oldu. Burdakı şərait də fərdi məşqlər və ümumi komandanın taktiki vəziyyəti üzərində çalışmaq üçün əlverişlidir. İnanıram ki, bu məşqlərin bizə çox köməyi dəyəcək. Dörd yoxlama görüşü planlaşdırmışdıq. Rəqiblərdən ikisi Türkiyə Superliqasının, ikisi isə ərəb klubları olmalı idi. Ancaq burda olarkən “Adana Dəmirspor”dan təklif gəldi, bizim də ürəyimizcə oldu. Plandan əlavə bu görüşə razılıq verməkdə məqsədimiz oyun praktikasından əziyyət çəkən oyunçulara şans vermək idi. Qalır bir yoxlama görüşümüz. “Osmanlıspor”, “Sivasspor” kimi komandalarla qarşılaşmağımız çox yaxşı oldu”.
 
39 yaşlı mütəxəssis yeni transferlər haqda da danışıb: “Yeni transferlər özlərini bacardıqları qədər yaxşı tərəfdən göstərdilər. İstədiyimiz oyunçuları komandaya dəvət etdik. Hələ ötən mövsüm bitməmişdən bunun üzərində çalışdıq ki, onları kollektivə tez cəlb edək. Çalışırlar komandaya, ab-havaya tez uyğunlaşsınlar. Deməzdim ki, yoxlama görüşlərində tam istədiyim oyunu göstərdilər. Bunu özləri də başa düşürlər. Çempionat matçlarında yavaş-yavaş kollektivə uyğunlaşıb, “Sumqayıt”ın bir hissəsi olmağı bacaracaqlar”.

Daha çox


Son xəbərlər