"Qəbələ" ilə əhəmiyyətli oyunumuz var. Bu görüşə hazırıq".
Qol.az-ın məlumatına görə, bu sözləri "Panatinaikos"un futbolçusu Niklas Hult Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qəbələ" ilə oyun öncəsi Yunanıstan mətbuatına deyib.
O, “Ostersun”un əvvəlki mərhələdə “Qalatasaray” üzərindəki qələbəsini nümunə göstərərək, ehtiyatlı oynamalı olduqlarını söyləyib: “III təsnifat mərhələsinə qədər irəliləyən hər bir komanda təhlükəlidir. Burda arxayınlaşmağa yer yoxdur. İsveç klubunun “Qalatasaray”la oyunlarını yadınıza salın. Futbolda hər şey ola bilər. Hesab edirəm ki, biz hazırıq”.
27 yaşlı oyunçu iki il əvvəl “Qəbələ”nin pley-off mərhələsində “Panatinaikos”u mübarizədənə kənarlaşdırması ilə bağlı bunları deyib: “İki il əvvəlki ilə indiki durumu müqayisə etmək olmaz. Hər şey keçmişdə qalıb. Biz nə baş verdiyiniz yaxşı bilirik. Ancaq bu barədə heç nə hiss etmirəm. İki heç-heçə ilə komanda mübarizəni dayandırmışdı. İndi qarşıdakı yeni matçı düşünürük. Rəqibin güclü olduğunu bilirik. Yəni artıq heç nə bizim üçün sürpriz olmayacaq”.
N.Hult sözlərinə görə, ilk oyunu evdə keçirmələrinin xeyirlərinə olub-olmadığını demək çətindir: “Qəbələ” ilə iki dəfə üz-üzə gələcəyik və indi burdakı matça köklənməliyik. Sabah doğma arenamızda bizə qarşı oynamaq onlar üçün çətin olacaq”.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu