"Bursaspor"un baş məşqçisi Pol Le Quen futbolçusu Dəniz Yılmaz haqda danışıb.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, bağışlanaraq əsas komandaya qaytarılan millimizin hücumçusunun güclü futbolçu olduğunu bildirib:
"Dənizin komandaya qayıtmağı barədə qərarı mən vermişəm. Onun klub rəhbərliyi ilə münasibəti yaxşı deyildi. Ancaq biz dialoq yolu ilə məsələnin həllinə çalışdıq və futbolçunun cavabı müsbət oldu. Nəticədə yenidən komandaya qayıtdı. İstənilən qərarı “Bursaspor”un xeyri üçün verdiyimizi hər kəs bilməlidir. Ehtiyac olsa, azarkeşlərimizlə bir araya gəlib, nəyə görə belə qərar qəbul etdiyimizi açıqlaya bilərəm. Uğurlu nəticələr qazanmaq üçün güclü futbolçulara ehtiyac var. Dəniz Yılmaz da bizim ən güclü futbolçularımızdan biridir”.
Qeyd edək ki, Dəniz Yılmaz ötən mövsümün sonlarında maaşı gecikdirildiyi üçün FİFA-ya şikayət etdiyinə görə klub rəhbərliyi onu əsas komandadan uzaqlaşdırmışdı.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı