Türkiyənin "Bursaspor” klubunun rəhbərliyinin bağışladığı Azərbaycan milli komandasının futbolçusu Dəniz Yılmaz Avstriya təlim-məşq toplanışında olan əsas komandanın məşqinə qatılıb.
Qol.az-ın xəbərinə görə, bu gün baş tutan məşq prosesindən öncə baş məşqçi Pol Le Quenin və 29 yaşlı hücumçunun iştirakı ilə brifinq keçirilib.
Bursa təmsilçisinin fransalı baş məşqçisi Azərbaycan yığmasının futbolçusunu bağışlamaları barədə danışarkən bildirib ki, onun komandaya fayda verəcəyini düşündükləri üçün belə bir addım atıblar. O, D.Yılmaza yeni mövsümdə uğurlar diləyib: "Dəniz Yılmaz bizim üçün faydalı ola biləcək bir oyunçudur. Daha əvvəl klubla onun arasındakı problemin çözülməsinin çətin olduğunu söyləmişdim. Lakin bu andan etibarən keçmiş keşmişdə qaldı. Klubun maraqları hər şeydən üstündür. Dəniz bu gün komanda ilə birgə məşqə çıxacaq. Əminəm ki, o da keçmişdə olanları unudaraq, komandaya fayda vermək üçün əlindən gələnin ən yaxşısını edəcək. Mən öz tərəfimdən məsuliyyəti üzərimə götürdüm. Bunu bir adamın etməsi lazım idi. Denizin komandaya qatılmasını istədim. "Bursaspor”un maraqları üçün doğru bir qərar olduğuna ümid edirəm. Yılmaza uğurlu mövsüm arzulayıram. Avstriyaya çox sayda yoxlama oyunu keçirmək üçün gəlmişik. Komandanın ritmi tutması üçün bunun önəmli olduğunu düşünürəm. Bu gün icazə vaxtı bitən Behiş ve Dəniz geri döndülər. İkisi də yaxşı mövsüm keçirəcəklər və komandaya uyğunlaşacaqlar. Dənizə yeni bir transfer gözü ilə baxa bilərik”.
Yılmaz isə yenidən azarkeşlərin sevgisini qazanmaq üçün əlindən gələni edəcəyini bildirib: "Dönüb geriyə baxan ve özünə tənqidi yanaşan hər kəs yeni bir şansı, yeni bir başlangıcı haqq edər. Keçmişdə qalmağın heç kimə fayda verməyəcəyini düşündüm. Bu forma üçün savaşmaq istədim və baş məşqçimiz də mənə bu şansı verdi. Bəli, hamı kimi mənim də səhvlərim oldu. Mənə qarşı edilən səhvlər də oldu. Amma əsas məsələ bir-birimizi anlamaqdır. Mən azarkeşlərimizi başa düşürəm. "Bursaspor"a fayda vermək istədiyimi onların da anlamalarını və xoşagəlməz olayların ardından mənə anlayış göstərmələrini gözləyirəm. Baş məşqçi və komanda yoldaşlarıma mənim yenidən onlarla bərabər olmağımı istədikləri üçün təşəkkür edirəm. Geriyə dönüş hekayəsinin qapısını onlar açdılar və o qapıdan girdiyim andan etibarən yeganə düşüncəm azarkeşlərimizi məmnun edəcək nəticələrdə rol oynamaq, qısa müddətli ayrılıqdan sonra yenidən onların könlünü qazanmaqdır”.
Qeyd edək ki, Dəniz Yılmaz son mövsümün gedişində "Bursaspor" klubunun əsas komandasından kənarlaşdırılıb. O, əmək haqqını ala bilmədiyi üçün FİFA-ya şikayət ediyinə görə cəzalandırılıb.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi
Mahirin komandası yenə uduzdu
“Neftçi” - “Sabah” matçında qalib aşkarlanmadı - Video
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”