Dmitri Nazarov ciddi zədə aldı – Şəkil

Dmitri Nazarov ciddi zədə aldı – Şəkil
ÖLKƏ FUTBOLU 9 İyul 2017 / 15:30 5244
-  A +

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarov ciddi zədə alıb.

Qol.az-ın xəbərinə görə, bu haqda futbolçumuzun çıxış etdiyi Almaniyanın “Ersgebirge Aue” klubunun rəsmi Tvitter səhifəsi məlumat yayıb. O, bu səbəbdən komandasının Avstriyadakı təlim-məşq toplanışını yarımçıq başa vurub və düşərgəni tərk edib.

Futbolçunun sol ayağında problem olduğu və ehtyac olacağı təqdirdə əməliyyat ediləcəyi bildirilib.

“Ersgebirge” klubu “Tvitter”də “Tez sağal, Dmitri” sözlərini də paylaşıb.

Nazarovun konkret hansı müddətə yaşıl meydandan uzaq qalacağı haqda məlumat verilməyib.

Daha çox


Son xəbərlər