Klublarımızın cavab oyunlarının vaxtı açıqlandı

Klublarımızın cavab oyunlarının vaxtı açıqlandı
ÖLKƏ FUTBOLU 9 İyul 2017 / 00:01 4642
-  A +

Avropa Liqasında ölkəmizi təmsil edən "İnter", "Qəbələ" və "Zirə"nin  II təsnifat mərhələsində cavab oyunlarının başlama saatı açıqlanıb.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, iyulun 20-də keçiriləcək qarşılaşmalar müxtəlif saatlarda başlayacaq.

Lüksemburqda keçiriləcək “Fola” – “İnter” oyunu Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

“Qəbələ”nin Polşada “Yagelloniya” ilə oyunu Bakı vaxtı ilə 22:30-da başlayacaq.

Bakıda “Dalğa Arena”da keçiriləcək “Zirə” – “Astra” (Rumıniya) oyununun start fiti isə saat 21:00-da veriləcək.

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

topaz banner