"Qəbələ"nin təklifi çox cəlbedici oldu" - Deyv Bultuis

"Qəbələ"nin təklifi çox cəlbedici oldu" -  Deyv Bultuis
ÖLKƏ FUTBOLU 8 İyul 2017 / 15:05 7640
-  A +

“Nürnberq” artıq 4-cü ildir ki, II Bundesliqada çıxış edir. Mən gələcək karyeramı düşünürəm. Bu səbəbdən klubla yollarımı ayırdım”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin yeni transferi Deyv Bultuis deyib.

Hollandiyalı müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında “Qəbələ”ni seçməsinin səbəblərindən də danışıb: “Həyatımda yeni macəra yaşamaq istəyirəm. “Qəbələ” Avropa Liqasında çıxış edəcək. Bu turnirdə uzun müddətdir oynamıram. Üstəlik, “Qəbələ”nin maliyyə şərtləri çox cəlbedici idi. İndi karyeramın elə vaxtındayam ki, maliyyə haqda düşünməliyəm. Məhz bu səbəbdən Hollandiya klublarının təkliflərini rədd edib, “Qəbələ”yə keçdim”.

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

topaz banner