"İnter"in Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Serbiyanın "Mladost" klubunu qəbul edəcəyi stadion dəqiqləşib.
Qol.az-ın xəbərinə görə, komanda oyunlarını Mərdəkandakı “Dalğa Arena”da keçirəcək.
Qeyd edək ki, “İnter” Avroliqa üçün əsas stadion kimi “Dalğa Arena”, ehtiyat stadion kimi isə “Bakcell Arena”nı sifariş edib. Klubdan Qol.az-a bildirilib ki, “Dalğa Arenın”ın əsas stadion kimi seçilməsi orada AFFA-nın milli komandalar üçün üçün təim-məşq bazasının olması ilə əlaqədardır. “İnter”in Avroliqadanın cavab oyununa hazırlığı həmin bazada keçirəcəyi istisna olunmur”.
"İnter"in icraçı direktoru Rəmiş Malıyev də bu gün sport24.az saytına açıqlamasında deyib ki, baza ilə yanaşı Mərdəkanda hava da yaxşıdır: "Dəniz kənarında sərin havada oynamaq daha münasibdir".
Məlum olduğu ki, Mərdəkana yolun uzaq olması üzündən "Dalğa Arena"da oyunlar zamanı azarkeş qıtlığı yaranır. "İnter" rəsmisi bunun yaranmaması üçün həmin vaxtda bacardıqları hər şeyi edəcəklərini söyləyib.
Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsində digər təmsilçimiz olan "Zirə" də "Dalğa Arena"da oynayacaq. Ancaq püşkə görə zirəlilər Lüksemburqun "Differdanj" klubu ilə ilk oyunda - iyunun 29-da meydan sahibi olacaq. “İnter” isə həmin gün Serbiyada “Mladost”la qarşılaşacaq.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida