Kiyev “Dinamo”su “Qəbələ”yə rəqib oldu

Kiyev “Dinamo”su “Qəbələ”yə rəqib oldu
ÖLKƏ FUTBOLU 20 İyun 2017 / 13:29 4507
-  A +

“Qəbələ” Avstriyadakı təlim-məşq toplanışının ikinci mərhələsində üç yoxlama görüşü keçirəcək.

Qol.az-ın xəbərinə görə, iyunun 30-da Roman Qriqorçukun komandası Albaniyanın “Kukesi”, iyulun 4-də isə Kiyev “Dinamo” klubu ilə qarşılaşacaq. “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı məlumatı təsdiqləyərək Qol.az-a bildirib ki, üçüncü yoxlama matçı iyulun 8-nə nəzərdə tutulub. Hələlik rəqib müəyyənləşməyib.

Qeyd edək ki, “Qəbələ”nin 1-ci Avstriya toplanışı iyunun 22-də Bolqarıstan “Ludoqorets”i ilə görüşlə tamamlanacaq və kollektiv ertəsi gün 3 günlük istirahətə buraxılacaq.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner