“Çempionlar Liqasında hər ölkənin çempionları mübarizə aparır. 4-5 ölkə var idi ki, onların çempionları ilə oynamaq istəməzdim, bunlardan biri də Gürcüstan idi. Çünki Gürcüstan futbolu həmişə özünəməxsusluğu ilə seçilib”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıq Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkündə "Samtredia" (Gürcüstan) ilə düşmələrini dəyərləndirərkən deyib.
Klubun rəsmi saytına danışan R.Sadıqov şansların bərabər olduğunu bildirib:
“Rəqibimiz də ötən mövsüm çempion olub. Komandanı yaxşı təhlil edib, daha yaxından tanımağa çalışacağıq. Şansları bərabər dəyərləndirirəm. Cavab oyununun səfərdə olması isə rəqib üçün üstünlükdür. “Samtredia”nın daha bir üstünlüyü odur ki, Gürcüstanda hazırda çempionat davam edir. Bizim komanda isə istirahətdən gəlir və bir çox futbolçumuzun oyuna qədər optimal forma yığması çox çətin olacaq, vaxtımız da azdır. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. Oyuna yaxşı hazırlaşıb lazım olan nəticəni qazanmağa çalışacağıq”.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida