Ramzan Kadırov atasının adını "Terek"ə verdi

Ramzan Kadırov atasının adını "Terek"ə verdi
XƏBƏR 7 İyun 2017 / 10:15 4533
-  A +

Rusiyanın "Terek" klubun adı dəyişdiriləcək.

Qol.az-ın məlumatına görə, klub bundan sonra Çeçenistan Respublikasının sabiq prezidenti Axmat Kadırovun şərəfinə “Axmat” adlandırırlacaq.

Bunu Rusiya mətbuatına açıqlamasında Qroznı təmsilçisinin baş direktoru Əhməd Aydəmirov deyib.

Qərar bu yaxınlarda klubun Şurası tərəfindən qəbul olunub. Klubun yeni loqosu da nümayiş etdirilib. Premyer Liqa təmsilçisinin gələn mövsümdən "Axmat" adı ilə çıxış edəcəyi bildirilir. Lakin sosial şəbəkədə əksər azarkeşlər bu qərara qarşı çıxıblar.

Qeyd edək ki, Axmat Çeçenistan prezidenti və klubun fəxri prezidenti Ramzan Kadırovun atası olub. Onun adı "Terek"in stadionuna da verilib.


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu