"Nyukasl"ın sabiq futbolçusu məşq zamanı öldü

"Nyukasl"ın sabiq futbolçusu məşq zamanı öldü
XƏBƏR 6 İyun 2017 / 01:00 4309
-  A +

Çinin ikinci liqasında çıxış edən "Pekin Enterprises"in 30 yaşlı yarımmüdafiəçisi Şeyk İsmael Tiote məşqdə ürək tutmasından ölüb.

Qol.az-ın xəbərinə görə, bunu İngiltərə mətbuatına açıqlamasında futbolçunun meneceri Emanuele Palladino deyib.

O bildirib ki, Tiote məşqi zamanı qəflətən yerə yıxılıb və dünyasını dəyişib.

Qeyd edək ki, Fil Dişi Sahili yığmasının üzvü  olan Tiote daha əvvəl "Anderlext", "Tvente" və "Nyukasl" klublarda çıxış edib.

Son xəbərlər