Zidan futbolçuları finala necə motivasiya edir? - "Bu filmə baxın"

Zidan futbolçuları finala necə motivasiya edir? - "Bu filmə baxın"
XƏBƏR 2 İyun 2017 / 18:45 4823
-  A +

Çempionlar Liqasının finalında "Yuventus"la qarşılaşacaq  "Real"ın baş məşqçisi Zinəddin Zidan futbolçularını  oyuna kökləmək üçün maraqlı addım atıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı mütəxəssis futbolçuları oyuna motivasiya etmək üçün onlara "300 spartalı" filmini izləməyi tapşırıb.

Qeyd edək ki, bu film Leonidin başçılığı altında 300 spartalının çoxsaylı fars qoşununa qarşı Fermopil döyüşündə  qəhrəmanlıqla vuruşmasından  bəhs edir.

Xatırladaq ki, sabah keçiriləcək "Yuventus" - "Real" görüşü saat 22:45-də başlayacaq.

Son xəbərlər
topaz banner