Prezident Administrasiyasında gənclər və idman şöbəsi yaradıldı

Prezident Administrasiyasında gənclər və idman şöbəsi yaradıldı
XƏBƏR 1 İyun 2017 / 18:17 3039
-  A +

Prezident Administrasiyasının strukturunda yeni dəyişikliklər edilib.

Qol.az-ın xəbərinə görə, bu dəyişiklik nəticəsində Prezident Adminstrasiyasında yeni - Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradılıb. Bu vəzifəyə Yusuf Məmmədəliyevi təyin edilib.

haqqın.az saytının xəbərinə görə, Yusuf Məmmədəliyev həmçinin Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi təyin olunub. O, buna qədər Heydər Əliyev Fondunda işləyib.

Prezident Administrasiyasında şöbə müdiri vəzifəsinə gətirilən Yusuf Məmmədəliyev Azərbaycanın məşhur akademiki, mərhum Yusif Məmmədəliyevin nəvəsidir.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner