“Borussiya”nın yeni baş məşqçisi müəyyənləşdi

“Borussiya”nın yeni baş məşqçisi müəyyənləşdi
XƏBƏR 31 May 2017 / 01:56 6676
-  A +

Tomas Tuhellə yollarını ayıran Dortmund “Borussiya”sının yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Dortmund klubunun yeni baş məşqçisi “Nitsa”nın çalışdırıcısı Losyen Favr olacaq.

“Borussiya” artıq isveçrəli mütəxəssisin özü ilə razılığa gəlib. İndi “Nitsa” ilə ortaq məxrəcə gəlmək lazımdır.

59 yaşlı mütəxəssisin Fransa klubu ilə 2019-cu ilə nəzərdə tutulan müqaviləsi var. Bu səbəbdən də Favrla anlaşmaq üçün “Borussiya” “Nitsa”ya 5 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, Dortmund klubu Tuhellə bu gün yollarını sayırıb.

Son xəbərlər
topaz banner