“Vilyareal” baş məşqçisi ilə müqaviləni yenilədi

“Vilyareal” baş məşqçisi ilə müqaviləni yenilədi
XƏBƏR 26 May 2017 / 00:00 1962
-  A +

“Vilyareal” rəhbərliyi ilə baş məşqçi Fran Eskriba arasında aparılan danışıqlar müsbət yekunlaşıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 52 yaşlı mütəxəssisin sözləşməsi 2018-ci ilin yayına kimi uzadılıb.

Eskribanın rəhbərliyi altında cari mövsümü “Vilyareal” beşinci pillədə başa vurub.

Komanda mövsümü 67 xalla bitirib. Eskriba debüt ilində “Vilyareal”da ən çox xal toplayan məşqçi kimi tarixə düşüb.

 

Daha çox


Son xəbərlər