Premyer Liqanın ən yaxşı futbolçusu odur

Premyer Liqanın ən yaxşı futbolçusu odur
XƏBƏR 21 May 2017 / 13:03 3082
-  A +

İngiltərə Peşəkar Futbol Liqası 2016/2017 mövsümünün ən yaxşı futbolçusunun adını açıqlayıb.

Qol.az-ın xəbərinə görə, bu, “Çelsi”nin yarımmüdafiəçisi Nqole Kantedir. 26 yaşlı futbolçu azarkeşlər arasında aparılan səsvermədə hər kəsi qabaqlayıb.

Namizədlər sırasında Sesas Aspilikueta,  Eden Azar (hamısı "Çelsi"), Yan Vertonqen, Dele Alli, Kristian Eriksen (hamısı "Tottenhem"), Romelu Lukaku ("Everton") və Aleksis Sançesin ("Arsenal") də adı var idi.

Qeyd edək ki, ötən il “Lester”dən “Çelsi”yə transfer olunan fransız futbolçu bu mövsüm London klubu ilə İngiltərə çempionu olub.

Son xəbərlər