“Atletiko” ilə oyunda yenə qələbəyə oynayacağıq”

“Atletiko” ilə oyunda yenə qələbəyə oynayacağıq”
XƏBƏR 10 May 2017 / 01:13 2297
-  A +

“Real”ın kapitanı Serxio Ramos Çempionlar Liqasının yarımfinalında “Atletiko”ya qarşı keçirəcəkləri oyundan danışıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, təcrübəli müdafiəçi ilk görüşdəki qələbəyə baxmayaraq, yenə də öz oyunlarını sərgiləyəcəklərini bildirib:

“Sakitliyimizi qorumalıyıq. Öz gücümüzə inanırıq Səfərdəki görüşdə də oyun tərzimizi qorumağa çalışacağıq. Bu dəfə də qələbəyə oynayacağıq. Erkən qol vura bilsək, bu, final yolunda atılmış mühüm addım olacaq.

İlk görüşdə böyük üstünlük qazanmışıq. Lakin hələ ki qarşıya qoyulan məqsədə çatmamışıq. Yalnız finalda oynayanda nə cür çətin məsafə qət etdiyini anlayırsan.

Bu, “Visente Kalderon”da ilk matçımız deyil. Bilirik ki, “Atletiko” möhtəşəm azarkeş dəstəyinə arxalanacaq. Amma bu amilin onların qələbəsinə yardımçı olacağını düşünmürəm. Hər şey meydanda həll olunacaq”.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq