Portuqaliya millisinin sabiq futbolçu Luiş Fiqu “Yuventus”un Çempionlar Liqasındakı çıxışı haqda danışıb.
Qol.az-ın məlumatına görə, İtaliya mətbuatına açıqlama verən 44 yaşlı veteran yarımmüdafiəçi “Yuventus”un Çempionlar Liqasını qazana biləcəyini deyib:
“Bu, bir həqiqətdir ki, “Yuventus” artıq yarımfinaldadır. Çox güclü heyətə və baş məşqçiyə sahibdilər. Fikrimcə, bu komandanın “Barselona”nı mübarizədən kənarlaşdırmağı böyük uğur sayılmalıdır. Hər il daha da inkişaf edirlər. Düşünürəm ki, “Yuventus” Çempionlar Liqasının qalibi ola bilər”.
Almaniya millisində itki
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video