"Bavariya"nın futbolçuları Kaşşaiyə hücum etdilər

"Bavariya"nın futbolçuları Kaşşaiyə hücum etdilər
XƏBƏR 19 Aprel 2017 / 12:30 5408
-  A +

Çempionlar Liqasının 1/4 finalında keçirilən "Real" - "Bavariya" oyunundan (4:2) sonra insident yaşanıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, qarşılaşma bitdikdən sonra Münhen klubunun futbolçuları Arturo Vidal, Robert Levandovski və Tiaqo Alkantara hakimlərin otağına giriblər. Onlar baş hakim Viktor Kaşşai və digər hakimləri təhqir ediblər.

Polislər münaqişənin qarşısını almaq üçün futbolçuları otaqdan çıxarıblar.

Qeyd edək ki, V.Kassai verdiyi bəzi qərarlara görə tənqid olunub. Xüsusilə, Madrid klubunun futbolçusu Kriştiano Ronaldonun oyundankənar vəziyyətdən vurduğu iki qol və Arturo Vidalın qırmızı vərəqə aldığı epizod qonaqların kəskin etirazına səbəb olub.


Son xəbərlər
topaz banner