"İndi 100 milyonluq futbolçu yoxdur" - Poqba

"İndi 100 milyonluq futbolçu yoxdur" -  Poqba
XƏBƏR 17 Aprel 2017 / 17:40 3504
-  A +

"Mançester  Yunayted"in fransalı yarımmüdafiəçisi Pol Poqba “Çelsi”də çıxış edən həmyerlisi Nqolo Kante ilə tez-tez müqayisə olunması haqda danışıb.

Qol.az-ın məlumatına görə, bu barədə “Sky Sports”a açıqlama verən 24 yaşlı yarımmüdafiəçi Nqolonun möhtəşəm futbolçu  olduğunu, ancaq onunla müqayisə edilməsinin doğru olmadığını deyib:

"Kante möhtəşəm bir yarımmüdafiəçidir. Ancaq o, məndən fərqli olaraq, hücumameyilli deyil.  Mən isə daha çox hücumlara çıxıram və qollar vururam. Ona görə bu haqda çox danışmaq istəmirəm".

Fransa millisinin üzvü transfer qiymətinin çox müzakirə olunmasına da münasibət bildirib: "Hər kəs mənim transfer qiymətimdən danışır. Mən də normal bir insanam. Fikrimcə, heç kim 120 milyon avro dəyərində deyil. Hazırda futbolçuların transferi üçün böyük məbləğlər xərclənir. Yenə deyirəm, indi 100 milyonluq futbolçu yoxdur".

Xatırladaq ki, P. Poqba ötən il "Yuventus"dan "Mançester Yunayted"ə rekord qiymətə - 105 milyon avroya transfer olunub.

Son xəbərlər
topaz banner