"Almaniya ilə oyunda əl-qolumuzu sallamaq fikrimiz yoxdu" - Cavid Hüseynov

"Almaniya ilə oyunda əl-qolumuzu sallamaq fikrimiz yoxdu" -  Cavid Hüseynov
ÖLKƏ FUTBOLU 10 Mart 2017 / 14:15 2963
-  A +

“Rəqibin oyunlarını izləmişdik. Nəyə qadir olduqlarını bilirdik. Texniki futbola üstünlük verən komanda idi".

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə,  bu sözləri millimizin futbolçusu Cavid Hüseynov Qətərlə yoldaşlıq oyunu (2:1) haqda danışarkən deyib.

Səfərdəki qarşılaşmanın çətin olduğunu deyən "Qəbələ"nin kapitanı DÇ-2018-in çemə mərhələsində Bakıda Almaniya ilə keçiriləcək oyun haqda da danışıb:  "Yaratdığımız imkanlardan istifadə edib qələbə qazanmağı bacardıq. Öz oyunum haqda nəsə deməyim düzgün olmaz. Yaxşı olar ki, bu barədə mütəxəssislər fikir bildirsinlər. Komandaya yeni cəlb olunan gənc futbolçular da özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. İndi bizi Almaniya ilə çətin oyun gözləyir. Əlbəttə, əlimizi-qolumuzu sallamaq fikrimiz yoxdur. Rəqibin adından asılı olmayaraq, nəticə qazanmaq istəyirik”.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq