“Bu, mənim üçün sürpriz oldu” - “Qəbələ”nin futbolçusu

“Bu, mənim üçün sürpriz oldu” -  “Qəbələ”nin futbolçusu
ÖLKƏ FUTBOLU 5 Mart 2017 / 00:00 2646
-  A +

"Qəbələ”nin futbolçusu Tellur Mütəllimov Topaz Premyer Liqanın 21-ci turunda səfərdə “İnter”i ilə oyundan (0:2) sonra jurnalistlərin suallarını cavablandırıb.


- Oyun haqqında nə düşünürsən?
- Çox xoşbəxtəm ki, qələbədə mənim də payım oldu. Şadam ki, qalib gəldik. Çalışacam belə davam edim və hər zaman komandam üçün vacib qollar vurum

- Mövsümün əvvəlindən yaxşı çıxış edirsən. Düşünmürsən ki, ulduz xəstəliyinə tutularsan?
- Elə bir şey olmayacağına ümid edirəm. Çalışacam ki, necəyəmsə, elə də qalım.

- Milli komandaya dəvət aldın. Hansı hisslər keçirirsən?
- Robert Prosineçkiyə dəvəti üçün təşəkkür edirəm. Hər futbolçu üçün yığmada oynamaq şərəfdir. Sevinirəm ki, mən buna nail oldum. Çalışacam ki, həmişə milliyə dəvət alım.

- Yığma komandaya dəvət alacağını gözləyirdin?
- Düzünü desəm, gözləmirdim. Fikrimi “Qəbələ”nin oyunlarına cəmləmişdim. Bu, mənim üçün sürpriz oldu.

- Müdafiə xəttində zədə, cəza səbəbindən tez-tez dəyişikliklər olur. Bu, sənin oyununa təsir edir?
- Xeyr, heyətimiz güclüdür və bu, mənə təsir etmir. Hər futbolçu verilən tapşırığın öhdəsindən gəlir.

- Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsınız..
- Çalışcağıq ki, qalib gələk. “Neftçi” çətin rəqibdir. Son oyunlarda formadadırlar. Baş məşqçimiz rəqibi analiz edəcək və qalib gəlməyin yollarını axtaracağıq.

- Bu oyunda məşqçi sənə xüsusi olaraq nə tapşırıq vermişdi?
- Konkret heç nə tapşırılmamışdı. Yaxşı müdafiə olunmaq və hücumlara dəstək olmaq. Fikrimcə, məndə yaxşı alındı.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər
26.03.26  17:39

Arteta, Hau, Moyes…

topaz banner