"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 21-ci turunda "Sumqayıt"la oyundan (4:0) sonra mətbuat konfransı keçirib.
Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- “Sumqayıt” azarkeşlərinə təşəkkür edirəm, komandamı çox yaxşı qarşıladılar. Uzaq yol gəldikləri üçün öz azarkeşlərimizə də təşəkkür edirəm. Oyuna gəlincə, komandamın üzərində təzyiqlər var idi. Niyə problemimiz var idi, bunu çox yaxşı bilirəm. Böyük hesabla qələbə qazansaq da, üzərimizdəki təzyiq meydanda hiss olunurdu. Ümid edirəm ki, bundan sonra səhvlər etməyəcəyik. Futbolçularıma 1-2 gün istirahət verəcəm ki, ailələrinin yanında olsunlar. Milliyə gedəcək futbolçulara da uğurlar arzu edirəm.
- Miçel oyunun əvvəlində meydanda rəqib futbolçular və komanda yoldaşları ilə çox söz-söhbət edirdi. Bu nə ilə bağlı idi?
-Miçel məğlub olmağı bacarmayan futbolçudur. Belə bir hal olanda istər-istəməz gərginlik yaranır ki, bu da normaldır. Düzdür, belə futbolçulardan çox xoşum gəlir, amma hər şeyin həddi var.
- Rəşad Sadıqov penalti epizodunda hakimə nəsə söyləyirdi. Sizcə, "Sumqayıt”ın qapısına təyin edilən 11 metrlik cərimə zərbəsi doğru qərar idi?
- Hər dəfə hakimin qərarına fikir bildirmək düzgün deyil. Əgər hər epizoda fikir bildirəcəyiksə... Bu haqda danışmaq istəmirəm. Son vaxtlar hakimin qərarına fikir bildirmək dəbdədir. Məncə, müzakirələr heç kimə fayda vermir. Belə fikir bildirməklə bəlkə də azarkeşlərin futbola sevgisini azaldırıq.
- Millinin toplanışında 9 futbolçunuz iştirak edəcək. Bu, sizin üçün problem olmayacaq?
- Açığı, əvvəlcədən razılıq olmuşdu. Antalya toplanışı zamanı millinin məşqçiləri ilə müzakirəmiz olmuşdu. Bu, tək bizim üçün deyil, bütün komandalara aiddir. Mən həmişə demişəm ki, fiziki cəhətdən heç bir futbolçudan narazı deyiləm. Amma belə məqamlara komanda bir yerdə olmalıdır. Sadəcə, bir yerdə ola bilməməyimizdən narahatam. Məncə, çox təsiri olmayacaq.
- Sizcə, Şahruddin Məhəmmədəliyev və Arif Daşdəmirov millidə oynamağa layiqdirlər?
- Bu, mənə aid olmayan sualdır. Onlar məşqdə geri qalmırlar. Elə olur ki, mən də 5 oyun meydana çıxmayan futbolçunu heyətə qoyuram. Xüsusən də Qətərlə görüşdə çox oyunçu sınanılacaq. Pobert Prosineçki bütün oyunları izləyir. Hamısının potensialına bələddir. Düşünsə ki, Arif yox, Qurban hazırdır, Qurbanı çağıracaq. Qapıçılardan kim kənarda qalıb? Biz Antalyada 4 yoxlama oyunu keçirdik, Şahrudin hamısında oynadı. Oynamamaq götsərici deyil.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video