“Kəpəz”in müdafiəçisi Novruz Məmmədov klubun saytına müsahibə verib. Qol.az saytı müsahibəni təqdim edir:
- Novruz, “Neftçi” çempionatın ikinci hissəsinə uğurlu, “Kəpəz” isə uğursuz başlamışdı. Əzəli rəqiblə görüşdə ardıcıl məğlubiyyətlər seriyasına son qoyacağınıza inanırdız?
- Biz onsuz da hər oyuna ciddi hazırlaşırıq, son matçlardakı uğursuzluqdan sonra diqqətimizi məşqlərə daha da çox yönəltmişik. Hansı rəqiblə oynamağımızdan asılı olmayaraq uğursuzluğa “dur” deməyin vaxtı idi. Düzdür, “Neftçi” qış fasiləsində yeni oyunçularla güclənmişdi. Amma yaxşı başa düşürdük ki, sona kimi əzmlə mübarizə aparsaq, onlardan xal ala bilərik. Final fitinə qədər meydanda dayanmadan vuruşduq və xal qazanmaq istəyimizə nail olduq. Çətin oyun oldu, qol vəziyyətlərinə uyğun olaraq həm biz, həm də rəqib qələbə qazana bilərdi. Bu bir xal komandanın dirçəlməsi yönündə rol oynayacaq. Təbii ki, qələbə qazana bilsəydik, daha yaxşı olardı.
- Aradan müəyyən vaxt keçib. İndi soyuq başla əvvəlki oyunları təhlil etmək olar. Səncə, xal qazana bilmədiymiz matçlarda nə çatmadı?
- Hər oyuna ciddi yanaşırıq, məqsədimiz yaxşı nəticə əldə edib, daha çox xal qazanmaqdır. Bunun üçün də çalışırıq. Amma futbolda bəzən uğursuzluqlar da olur. “Kəpəz” də “qara zolağa” düşmüşdü. Oyunumuz istənilən kimi alınmırdı, səhvlər edirdik, qol vura bilmirdik, bir tərəfdən də bəxtsizlik olurdu. Bütün bunlar qeydə alınan nəticələrə öz təsirini göstərdi. Hamımız uğurlu nəticə qazanmağa çalışırdıq. Sonuncu dəfə nə vaxt xal qazandığımız yaddan çıxmışdı.
- Yeri gəlmişkən, “Kəpəz” bundan əvvəl elə sonuncu xalını da “Neftçi” ilə görüşdə əldə etmişdi.
- Bəli, bu müddətdə çempionatda vacib xallar itirdik, məğlubiyyətimiz çox oldu. Komandamıza layiq olmayan yenilgilərlə üzləşdik. Evdə olduğu kimi “Neftçi”yə səfərdə də qalib gələ bilərdik, sadəcə, real qol vəziyyətlərindən lazımınca istifadə edə bilmədik. Qələbə qazansaydıq, bizim üçün daha yaxşı olardı. Çünki ardıcıl məğlubiyyətlərdən sonra qalib gəlmək komandanın özünə gəlməsi, uğurlu nəticəyə inam hissinin artması baxımından həlledici amildir.
- Son iki oyunda çərçivədə Davud Kərimi yer aldı. Onun qapıda durmasının komandaya müsbət təsiri var?
- Bizim hər 3 qapıçımız yaxşıdır. Davud uzun illər Premyer Liqada çıxış etməsə də, təcrübəli qolkiperdir. Ona verilən şansdan da istifadə etməyi bacardı. Kərimi meydana çıxdığı oyunlarda özünü ən yaxşı tərəfdən göstərə bildi. Mən deməzdim ki, Tadasın qapıda durması komandaya pis təsir edir, Davudun durması isə əksinə. Onların hər ikisi işinin ustasıdır. Simaitis ötən mövsüm “Kəpəz”in Avroliqaya vəsiqə qazanmasında xüsusi rol oynayıb. Bunu yaddan çıxarmaq olmaz. Futbolda həm komandanın, həm də fərd olaraq futbolçunun eniş və yüksəliş dövrü var. Komanda ardıcıl uduzur, oyunçu səhvlər edir, yaxşı və pis oynayır. Yəni bu başa düşüləndir.
- Sən də son vaxtlar əsas heyətdə meydana çıxmağa başlamısan. Halbuki ilk iki dövrədə daha çox ehtiyat oyunçular skamyasında əyləşirdin.
- Düzdür, çempionatın ikinci hissəsindən başlayaraq daha çox oynamaq imkanı əldə edirəm. Komandada kimə oynamaq imkanı yaradılırsa, bundan maksimum şəkildə yararlanmağa çalışır, eləcə də mən. Daimi oynamağımla yanaşı, “Kəpəz”in də uğurlu çıxış etməsi daha sevindirici olardı. Mənə bəslənən ümidləri doğrultmağa çalışıram. Amma ən əsası tək kiminsə yox, bütövlükdə komandanın uğurlu çıxışıdır. Hamımız kollektiv olaraq buna səy göstəririk.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər