Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsini icra edən Biro Jadenin müsahibəsi
- Baş məşqçi vəzifəsinin icraçısı kimi millidə keçirdiyiniz ilk təlim-məşq toplanışı sizi nə dərəcədə razı saldı?
- Buna qədər köməkçi-məşqçi kimi də eyni işləri görürdüm. Sadəcə, fərq ondadır ki, bu dəfə qərarları özüm verirəm. Hazırlığa gəldikdə, məşqlərdə oyunçuların işə yanaşması məni razı saldı. Futzalçılar klubla millinin fərqli olduğunu anlamalı və peşəkar olmalıdırlar. Açığı, dediklərimin şahidi oldum və mənim üçün xoş sürpriz oldu. Məşqdə hər kəs ondan nə tələb olunduğunu bilirdi və qarşılığını vermək üçün sona qədər əlindən gələni edirdi. 10 günlük ilk toplanışımızda komanda üzvləri istədiyimi verdi. Təcrübəli, uzun illərdir millidə oynayan oyunçularımız da köməklərini məndən əsirgəmədilər. Biz bir ailəyik, bunu hər addımımızda sübut etməliyik. Təbii ki, həll edilməmiş suallar var. Xüsusilə də, taktiki planda və standart vəziyyətlər üzərində işləməliyik.
- Komandanın oyun planında dəyişikliklər edəcəksinizmi?
- Avropa çempionatının əsas mərhələsinin oyunlarına hazırlığın ilk hissəsində çalışdıq ki, futzalçıların xarakterini görək, hiss edək. Bəli, günbəgün onların inkişaf etdiyini görürük. Taktiki planda müəyyən dəyişiklik olacaq. Bu dəfə strategiyanı dəyişmək qərarına gəldik. Komandanın bir nəfərdən asılı vəziyyətdə oynamasını istəmirəm. Eyni zamanda standart vəziyyətlərdən – korner, aut, cərimə zərbəsindən qol vurmağın yollarını tapmalıyıq. Bunun üçün də oyunçuların qabiliyyətini yaxşı analiz etməliyik. Elə futzalçı var ki, autdan, bəziləri kornerdən ötürmələr zamanı, bir başqası fintlər etməklə faydalı olurlar. Hər bir futzalçının xarakteristikasını təsbit etmək və öz üslubuna yaxın işi tapşırmaq vacibdir.
- Ölkə xaricində çıxış edən Vitali Borisovu izləyirsinizmi?
- Vitali ağıllı, təcrübəli, hər an oyunun nəticəsini və axarını dəyişəcək qabiliyyətə sahib futzalçıdır. Fiziki hazırlığı qaydasında olarsa, komandaya kömək edə biləcək. Yəni çox şey onun özündən asılıdır.
- Bu dəfə heyətə dəvət etdiyiniz Namiq Məmmədkərimovun 37, Radik Əhmədovun 36 yaşı var. Bu cür toplanışlara gənc futzalçılardan bir neçəsini cəlb etməyiniz daha münasib olmazdımı?
- Hazırkı məqamda bizə təcrübəli futzalçılar lazımdır. Çünki gənclərin təcrübə toplaması, rəsmi oyunlara hazır vəziyyətə çatdırılması üçün 2 ilə yaxın vaxta ehtiyac var. Dəvət etdiyimiz oyunçulardan Faiq Əliyev, Nihad İsmayılov, Anar Məmmədov nisbətən cavandırlar, amma onlar Namiq, Radik qədər təcrübəyə sahib deyil. Rəsmi oyunlara isə təxminən bir ay vaxtımız qalıb.
- Millimizin əsas mərhələdəki rəqibləri haqda hansı məlumatlara sahibsiniz?
- Rəqiblərimizdən oyununu görmədiyimiz komanda Albaniya yığmasıdır. Hazırda bu ölkədə futbol kimi, futzal da inkişafdadır. Təbii ki, hər komandanın öz oyun üslubu, fəlsəfəsi var. Macarıstan millisi ilə 2010-cu ildə keçirilən Avropa çempionatının final mərhələsində qarşılaşmışıq. Son 4-5 ildə isə komandaya ispan məşqçi rəhbərlik edir. Uzun müddət bir yerdə oynamaları, eyni məşqçinin rəhbərliyi altında çıxış etmələri onları irəli aparır. Bosniya və Herseqovina yığması ilə 3-4 il əvvəl qarşılamışıq. Çox çətin, sərt oyun olmuşdu. Rəqibin heyətində texnikalı oyunu ilə seçilən futzalçılar çoxluq təşkil edirdi. Nizam-intizama da xüsusi diqqət yetirirdilər. Çempionatlarına braziliyalı futzalçılar dəvət edirlər ki, bu da ildən-ilə güclənmələrinə kömək edir. Oyunlar asan keçməyəcək, amma bizim məqsədimiz qrup mərhələsini birinci pillədə başa vurmaq və final oyunlarına birbaşa yüksəlməkdir.
- Rəqiblərimiz arasında İspaniya, İtaliya, Rusiya kimi top komandanın olmaması millinin üzvlərində arxayınlıq yarada bilərmi?
- Adlarını çəkdiyiniz komandalar çox güclü və məşhur yığmalardır. Amma hər oyunun, yarışın öz hökmü var. Kolumbiyada keçirilən dünya çempionatında Argentinanın qalib olacağını kim gözləyirdi?! Braziliya və İtaliyanın 1/8, İspaniyanın 1/4 finalda yarışı tərk edəcəyini düşünən necə nəfər var idi? Deməli, həmin vaxt hazırlıqlı olan və heyətində yaxşı oyunçular yer alan komanda qalib gəlir. Razıyam, bizim millinin qələbə şansını yüksək qiymətləndirirlər. Ancaq bu, təxminlər, proqnozlardır. Biz bunu reallaşdırmaq üçün daha çox çalışmalı, meydana çıxanda göstərməliyik. Yenə deyirəm, Macarıstan, Bosniya və Herseqovina yığmaları ilə oyunlar asan keçməycək.
- Mart ayında yoldaşlıq oyunlarının keçirilməsi nəzərdə tutulubmu?
- Bunu planlaşdırmışıq. Martın 29-da və 30-da bu oyunlar keçiriləcək. Martın əvvəllərində də iki belə oyun təşkil edə bilsəydik, keçdiyimiz məşqin nəticəsini yoxlayardıq. Təəssüf ki, ancaq martın sonlarında oyunlar keçirmək imkanımız olacaq. Rəqibin adını yaxın günlərdə dəqiqləşdirəcəyik.
Mənbə: affa.az
"Qəbələ"nin sabiq futbolçusu "Kayrat"da
"Bu gün nisbətən yaxşı oyun nümayiş etdirdik" - Saşa İliç
"Sumqayıt" "Osiyek"ə məğlub oldu
"Zirə" Ukrayna və Çexiya komandalarına uduzdu - Yenilənib-2
5 oyunda 6 qol vurdu, ayın ən yaxşısı seçildi
"Neftçi" Çin klubuna qalib gəldi
Cenk Tosunun yeni klubu rəsmiləşdi
Premyer Liqada ötən ayın ən yaxşı məşqçisi məlum oldu
Konfrans Liqasında pley-offun püşkü atıldı
Nabi Keyta "Ferentsvaroş"da qaldı
U-21 millimiz yoxlama oyununda qalib gəldi
Bu gün “Qarabağ”da debüt etdilər - Şəkillər
“Mingəçevir” 7 futbolçunu göndərib, 5 yeni oyunçu alıb
Volkan Demireldən Nəriman və Medina açıqlaması
Kaşuk xorvatlara elə bir qol vurdu ki… - Video
“Araz-Naxçıvan” daha bir yoxlama oyunu keçirəcək
"Tələbələrimin Olimpiya çempionu olmasını istəyirəm"
U-21 millimizin üzvü klubundan ayrıldı
"Roma"dan hücumçu transferi
Millinin heyətindən çıxarıldı
“Qarabağ”da qazandığı kuboku ayağına döymə etdirdi - Video
Azərbaycanın 6 klubunun dünya reytinqindəki mövqeyi
PFL prezidentindən məşhur jurnala - Maraqlı açıqlamalar
"Barselona"nı 1/4 finala yüksəldən qələbə - Video
Futbola yeni qaydalar gətirilir - Vaxtı uzatma!
Haalandın transferi yarım milyard avroya başa gələ bilər
“Real”da uğurun açarı futbolçuya yaxın olmaqdır" - Zidan
Raspadori rəsmən "Atalanta"da
"Beşiktaş"dan böyükhesablı qələbə
Azərbaycan klublarının qış transferləri - Yenilənir
"Real" 2 futbolçusundan narazıdır
Afrika Kuboku tarixində yeni qol rekordu müəyyənləşdi
Baş məşqçinin oğlu ilə müqavilə 4 illik uzadıldı
Breno Almeyda Azərbaycanda oynayacaq
"Qalatasaray" rəsmisindən gözlənilməz davranış - "Ayıbdır"
"Sumqayıt" heyətini millinin futbolçusu ilə gücləndirdi
"Ayaks"ın baş məşqçisi London klubunu çalışdıracaq
Sabiq "Neftçi"li Qırğızıstan klubunda
Mbappe zədəsini sağaltdı
"Eyüpspor"dan ayrılan kimi yeni komanda tapdı
Milli uduzdu, federasiyanın prezidenti cəzalandırıldı
"Şəfa" Amil Yunanovla yollarını ayırdı
PSJ "Çelsi"nin yarımmüdafiəçisinə göz dikdi