AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Topaz Premyer Liqanın 19-cu turunda bu gün keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu ilə bağlı fikirlərini açıqlayıb.
Qol.az saytına açıqlamasında o bildirib ki, bugünkü görüş çempionatın həlledici qarşılaşması olacaq. “Mənim fikrimcə, “Qarabağ” udsa, çempionluğu indidən bayram edə bilər. Ümumiyyətlə, hesab edirəm ki, Ağdam klubunun qalib gələcəyi halda çempionatda intriqa öləcək. Onlar turnir cədvəlində əlçatmaz olacaq. Komandalar arasında 6 xallıq fərq yaranacaq ki, son 9 turda da bu fərqi aradan götürmək, demək olar, mümkünsüz görünəcək. Hər halda, bu gün hər iki komandanı gərgin, mübariz bir oyun gözləyir. Bunu “Qarabağ” və “Qəbələ” yaxşı başa düşür. Yox, əgər “Qəbələ” qalib gəlsə və ya görüş heç-heçə yekunlaşsa, bu halda Premyer Liqada intriqa daha da artacaq”.
Vaqif Sadıqov bildirib ki, bu gün hər iki komandanın ifasında gözəl bir oyun gözləyir: “İnanıram ki, bu matça hər hansı kənar təsirlər olmayacaq. Arzu edirəm, güclü olan qalib gəlsin və azarkeşlər bu matçdan zövq alsın”.
Vaqif Sadıqov matça baş hakim kimi Fariz Yusifovun təyinat almasına da toxunub: “Son turlar hakimliklə bağlı səhvlər çox olub. Mən inanıram ki, bu gün həmin səhvlər təkrarlanmayacaq. Fariz Yusifov ən təcrübəli hakimlərimizdəndir. Təyinat zamanı bu amil nəzərə alınıb. Mən onun matçı qərəzssiz, vicdanlı idarə edəcəyinə inanıram. Hər halda, o özü də bu görüşün nə qədər məsuliyyətli olduğunu dərk edir”.
Xatırıadaq ki, “Qəbələ” – “Qarabağ” oyunu bu gün saat 17.30-da başlanacaq. 18 turdan sonra “Qarabağ” 42 xalla 1-ci, “Qəbələ” 39 xalla 2-ci yeri tutur.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır