"Bursaspor"un futbolçusu Dəniz Yılmaz Türkiyə superliqasında "Kayserispor"la səfər oyunundan qayıdarkən kəskin etirazla qarşılaşıb.
Qol.az-ın "Fanatik"ə istinadən yaydığı xəbərə görə, buna millimizin hücumçusunun sözügedən matçın 19-cu dəqiqəsində rəqib oyunçuya kobudluq edərək qırmızı vərəqə alması səbəb olub.
Yenişehir hava limanında Necmi Ayıldız adlı azarkeş D. Yılmazın qabağını kəsərək ona komandadan getməli olduğunu deyib: "Sən "Bursaspor"a layiq deyilsən, getməlisən. "Bursaspor"u pərişan etməyə nə haqqın var? Bursanı tərk et. Sənə "Bursaspor" forması yaraşmır. Bir daha bu formanı geyinmə!" deyə azarkeş D.Yılmaza bildirib.
Azarkeşləri klubun vitse-prezidenti Ali Ademoğlu və baş məşqçi Mutlu Topçu sakitləşdirməyə çalışıb.
Qeyd edək ki, "Bursaspor" D.Yılmaz meydandan qovulduqdan sonra 2 qol buraxaraq uduzub.
40 yaşında 40 qol vurdu
İsko 1 ay oynamayacaq
Roman Qriqorçuk qayıdır
Bu ilin ən çox qazanan futbolçuları kimlər oldu?
"Dünyanın ən yaxşı hücumçularından biridir"
"Arsenal" yenidən lider oldu
"Real" hələ də ideal əvəzləyicini tapa bilmir
Ronaldo dubl etdi, komandası qələbə seriyasını qorudu
"Neftçi" Ukrayna klubunun futbolçusu ilə maraqlanır
Zirkzeyə "Roma"dan təklif gəldi
"Neftçi"nin futbolçusu oynadı, yığması qələbə qazandı
"Mançester Siti" liderliyə yüksəldi
"Fiorentina" səfərdə məğlub oldu
"Marsel" hücum xəttini gücləndirmək üçün hərəkətə keçdi
"Mançester Siti" onu satışa çıxardı
"Milan"dan Menyana rəsmi təklif
"Napoli" "Real"ın bu futbolçusunu istəyir