Klublarımız “Birlik kuboku”nda

Klublarımız “Birlik kuboku”nda
GÜNDƏM 13 Noyabr 2016 / 10:54 7506
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur.

Bir vaxtlar hər ilin yanvar ayında Rusiyanın paytaxtı Moskvada keçmiş SSRİ ölkələrinin futbol çempionları arasında ənənəvi “Birlik kuboku” yarışı keçirilirdi. 1993-cü ildən keçirilən bu turnir 2011-ci ilə qədər davam etdi. İlk illərdə turnirə maraq böyük idi. Çünki “Spartak” və Kiyev “Dinamo”su kimi “nəhəng”lər bu turnirdə əsas heyətlə oynayırdılar. Məsələn, Andrey Şevçenko kimi futbolçunun ittifaq miqyasında tanınmasında bu turnirin də xüsusi rolu olub. Lakin sonradan tədricən turnirin nüfuzu aşağı düşməyə başladı. Bu isə təbii ki, Rusiya və Ukrayan çempionlarının turniri ciddiyə almaması idi. 2000-ci illərin əvvəllərindən etibarən bu iki ölkənin çempionları yarışa daha çox ikinci heyətlə qatılmağa başladı. Sonradan isə, vəziyyət, ümumiyyətlə dəyişdi. Hətta 2012-ci ildə turnir keçmiş SSRİ ölkələrinin U-21 millilərinin iştirakı ilə keçirildi.  Yekunda vəziyyətin ciddiliyini anlayan və reallığı qəbul edən təşkilatçılar turniri keçirməməyə və onu ləğv etməyə qərar verdilər.  Turnirə qatılan sonuncu təmsilçimiz “İnter” olub. 2011-ci ildə Kaxaber Sxadadzenin rəhbərliyi ilə Rusiyaya yollanan “bankirlər” geriyə qalib kimi qayıtmağa nail oldular. 2012-ci ildə isə qonşu ölkəyə “Neftçi” yollanmalı idi. Lakin yuxarıda qeyd etdiyimiz səbəbdən bu, baş tutmadı və Rusiyaya U-21 millimiz yollandı.

Ölkəmizi bu turnirdə ilk təmsil edən komanda “Neftçi” olub.  Ümumiyyətlə isə “Birlik kuboku”nda 9 komandamız iştirak edib. Ən çox iştirak edənsə “Neftçi” olub- 5 dəfə. “Kəpəz” 4 dəfə ölkəmizi bu turnirdə təmsil edib. “Qarabağ”, “Şəmkir”, “İnter” və “Bakı” hərəyə 2 dəfə yanvar ayında Rusiyaya yollanıblar. “Birlik kuboku”nda ən az iştirak edən isə “Xəzər Lənkəran” olub - cəmi 1 dəfə. Düzdür, U-21 millimiz də 1 dəfə “Birlik kuboku”nda oynayıb, ancaq onların çıxışı müsabiqədənkənar olub. “Xəzər Lənkəran” bir dəfə iştirak etsə də, nəticəsi maksimum olub. Belə ki, 2008-ci ildə Sankt-Petereburqa yollanan lənkəranlılar vətənə qalib kimi qayıdıblar. Lənkəran klubundan başqa, “Neftçi” və “İnter” də hərəyə bir dəfə çempion adını qazanıblar.  “Neftçi” həm də ən çox finalda oynamış komandamızdır - 2 dəfə. Ümümiyyətlə, təmsilçilərimiz arasında “Birlik kuboku”nda ilk dəfə 1/4 finala “Kəpəz” çıxıb. Gəncə klubu 1998-ci ildə bu tilsimi qırıb. “Neftçi” isə ilk final oynayan və eyni zamanda kuboku ilk dəfə götürən təmsilçimiz olub. “İnter” isə çempion olan yeganə komandamızdır ki, turnir əzrində qapısından bir dəfə də olsun qol buraxmayıb.

“Neftçi” isə ilk dəfə qatıldığı 1993-cü ildə bunun əks göstəricisini ortaya qoyub. Belə ki, qrupda iki oyun keçirən və hər ikisində məğlub olmaqla qrupdan çıxa bilməyən bakılılar öz qapılarından 9 top buraxdıqları halda turniri 1 qol belə vurmadan tərk ediblər. Ümumiyyətlə, “Birlik kuboku”nda ən çox oyun keçirən komandamız “Neftçi”dir-19 oyun. Ən böyük hesablı qələbəni “Şəmkir” qazanıb - 6:0. Təmsilçimiz 2001-ci ildə Qırğızıstanın “Jaştık-Ak-Altın” komandasını bu hesabla məğlub edib. Ən böyükhesablı məğlubiyyət isə “Neftçi”nin ayağındadır - 0:8. Paytaxt klubu 1993-cü ildə Moskva “Spartak”ına bu hesabla uduzub. Turnir ərzində ən çox xal toplayan klubumuz “İnter” olub. “Bankirlər” qalib adını aldığı sonuncu, 2011-ci ildə keçirdiyi 6 matçdan 5-də qalib gəlmiş, yalnız birində heç-heçə oynayaraq üst-üstə 16 xal toplamağı bacarmışdı. Bu arada təmsilçilərimiz 4 dəfə qalibi oyunsonrası penaltilərdə müəyyənləşdirməli olublar ki, bunların da 3-də mübarizədən üzüağ çıxmışıq.

Yalnız “Bakı” 2006-cı ildə 1/4 final mərhələsində Moskva MOİK-inin əvəzedici heyətinə məğlub olub.

İndi isə klublarımızın indiyə kimi “Birlik kuboku”nda keçirdiyi bütün matçların nəticələrini, digər maraqlı statistik göstəricilərini, klublarımızın bütün göstəricilərini, eyni zamanda indiyə kimi qarşılaşdığımız ölkələrin adlarını, onlara qarşı qeydə alınan nəticələri diqqətinizə çatdırıbı.

Qeyd edək ki, turnir daha çox Rusiyanın paytaxtı Moskva şəhərində keçirilib. Lalnız 2008 və 2011-ci illərdə təşkilatçılar “Birlik kuboku”nu Sankt-Peterburqda təşkil etmişdilər. Maraqlıdır ki, hər iki halda bu şəhərdə təşkil olunan turnirin qalibi adını Azərbaycan təmsilçiləri - “Xəzər Lənkəran” və “İnter”, qazanıblar. İndi isə keçək nəticələrə:

 

1-ci “Birlik Kuboku” – Moskva 1993

1. 25.01.93 Qrup mərhələsi   “Neftçi” (Bakı) – “Skonto” (Latviya) 0:1  
2. 27.01.93 “Neftçi” (Bakı) – “Spartak” M. (Rusiya) 0:8

  
2-ci “Birlik Kuboku” – Moskva 1994

3. 29.01.94     Qrup mərhələsi   “Qarabağ” (Ağdam) - “Sitora” (Tacikistan) 4:0  
4. 30.01.94    “Qarabağ” - “Romar” (Litva)  2:1  
5. 31.01.94    “Qarabağ” - “Dinamo” T. (Gürcüstan) 0:3

  
3-cü “Birlik Kuboku” – Moskva 1995

6. 29.01.95 Qrup mərhələsi  “Neftçi” – “Jalgiris” (Litva)   0:1  
7. 30.01.95    “Neftçi” – “Spartak” M. (Rusiya)  0:5  
8. 31.01.95    “Neftçi” – “Sitora” (Tacikistan)   1:0

4-cü “Birlik Kuboku” – Moskva 1996

9. 26.01.96 Qrup mərhələsi  “Kəpəz” (Gəncə) – “Jalgiris” EBSV (Litva) 1:0  
10. 27.01.96    “Kəpəz” – “Pamir” (Tacikistan)   2:3  
11. 29.01.96    “Kəpəz” – “Dinamo” T. (Gürcüstan)  0:3
  
5-ci “Birlik Kuboku” – Moskva 1997

12. 25.01.97 Qrup mərhələsi  “Neftçi” – “Spartak” M. (Rusiya)  2:4  
13. 26.01.97    “Neftçi” – “Zimbru” (Moldova)   1:2  
14. 28.01.97    “Neftçi” – “Novbahor” (Özbəkistan)  3:5

6-cı “Birlik Kuboku” – Moskva 1998

15. 24.01.98 Qrup mərhələsi  “Kəpəz” – “Tulevik” (Estoniya)  2:2  
16. 25.01.98    “Kəpəz” – “Dinamo” Kiyev (Ukrayna) 0:6  
17. 27.01.98    “Kəpəz” - MSXK (Özbəkistan)  3:1  
18. 28.01.98 1/4   “Kəpəz”-“Skonto” (Latviya)  2:3

  
7-ci “Birlik Kuboku” – Moskva 1999

19. 23.01.99 Qrup mərhələsi  “Kəpəz” – “Kopetdağ” (Türkmənistan) 2:0  
20. 24.01.99    “Kəpəz” – “Dinamo” Kiyev (Ukrayna) 0:0  
21. 26.01.99    “Kəpəz” – “Skonto” (Latviya)  0:4 

 
8-ci “Birlik Kuboku” – Moskva 2000

22. 22.01.00 Qrup mərhələsi  “Kəpəz” – “Spartak” M. (Rusiya) 1:6  
23. 23.01.00    “Kəpəz” – “Jalgiris” (Litva)  0:2  
24. 25.01.00    “Kəpəz” – “Zimbru” (Moldova)  0:3

9-cu Birlik Kuboku – Moskva 2001

25. 20.01.01 Qrup mərhələsi  “Şəmkir” – “Dustlik” (Özbəkistan)  1:1  
26. 21.01.01    “Şəmkir” – “Torpedo” (Gürcüstan)  1:2  
27. 23.01.01    “Şəmkir” – “Jaştık-Ak-Altın” (Qırğızıstan) 6:0
  
10-cu “Birlik Kuboku” – Moskva 2002

28. 19.01.02 Qrup mərhələsi  “Şəmkir” (Şəmkir) - Reqar-TadAZ (Tacikistan) 1:3  
29. 20.01.02    “Şəmkir” - “Dinamo” Kiyev (Ukrayna)  0:3  
30. 22.01.02    “Şəmkir” – “Kaunas” (Litva)   0:0

11-ci “Birlik Kuboku” – Moskva 2003

31. 18.01.03 Qrup mərhələsi  U-21 (Azərbaycan) – “Kaunas” (Litva) 1:2 
32. 19.01.03    U-21 – “Paxtakor” (Özbəkistan)  1:1 
33. 21.01.03    U-21 – “Şaxtyor” (Ukrayna)  2:1


12-ci “Birlik Kuboku” – Moskva 2004

34. 17.01.04 Qrup mərhələsi  “Qarabağ-Azərsun” (Ağdam)  - U-18 (Rusiya) 0:1 
35. 18.01.04    “Qarabağ-Azərsun” – “Şerif” (Moldova)  0:0  
36. 20.01.04    “Qarabağ-Azərsun” – “Kaunas” (Litva)  0:3 

 
13-cü “Birlik Kuboku” – Moskva 2005

37. 15.01.05 Qrup mərhələsi  “Neftçi” – “Şerif” (Moldova)   1:0  
38. 16.01.05    “Neftçi” – “Nebitçi” (Türkmənistan)  4:1  
39. 19.01.05 1/4   “Neftçi” – “Pünik” (Ermənistan)   2:0  
40. 21.01.05 1/2   “Neftçi” – “Dinamo” Kiyev (Ukrayna)  2:1  
41. 23.01.05 Final   “Neftçi” – “Lokomotiv” M. (Rusiya)  1:2

  
14-cü “Birlik Kuboku” – Moskva 2006

42. 14.01.06 Qrup mərhələsi  “Neftçi” – “Vaxş” (Tacikistan)  3:0  
43. 15.01.06    “Neftçi” – “Metallurq” (Latviya)  2:1  
44. 17.01.06    “Neftçi” – “Aktobe” (Qazaxıstan) 1:1  
45. 18.01.06 1/4   “Neftçi” – “Paxtakor” (Özbəkistan) 0:0 p. 4:2 
46. 20.01.06 1/2   “Neftçi” – “Pünik” (Ermənistan)  +:- T.Q. 3:0 
47. 22.01.06 Final   “Neftçi” – “Kaunas” (Litva)  4:2 
 

15-ci “Birlik Kuboku” – Moskva 2007

48. 20.01.07 Qrup mərhələsi  “Bakı” (Bakı) – “Şerif” (Moldova)  3:4  
49. 21.01.07    “Bakı” – “Dordoy-Dinamo” (Qırğızıstan)  2:0  
50. 23.01.07    “Bakı” – “Levadiya” (Estoniya)   1:0  
51. 24.01.07 1/4   “Bakı” - ÇSKA (Rusiya)    0:0 p. 2:3 


16-cı “Birlik Kuboku” – Sankt-Peterburq 2008

52. 19.01.08 Qrup mərhələsi  “Xəzər-Lənkəran” (Lənkəran) - Kaunas (Litva) 3:0  
53. 20.01.08    “Xəzər-Lənkəran” - Reqar-TadAZ (Tacikistan) 2:1 
54. 22.01.08    “Xəzər-Lənkəran” – “Aktobe” (Qazaxıstan) 0:1 
55. 23.01.08 1/4   “Xəzər-Lənkəran” - “Şerif (Moldova)  2:2 p. 5:3 
56. 25.01.08 1/2   “Xəzər-Lənkəran” - BATE (Belarus)  2:1  
57. 27.01.08 Final   “Xəzər-Lənkəran” – “Paxtakor” (Özbəkistan) 4:3
 
 
17-ci “Birlik Kuboku” – Moskva 2009

58. 17.01.09 Qrup mərhələsi  “İnter” (Bakı) – “Dordoy-Dinamo” (Qırğızıstan) 0:0  
59. 18.01.09    “İnter” - İnter Turku (Finlandiya)  3:1  
60. 20.01.09    “İnter” – “Ventspils” (Latviya)   2:0  
61. 21.01.09 1/4   “İnter” - Reqar-TadAZ (Tacikistan)  2:0  
62. 23.01.09 1/2   “İnter” – “Aktobe” (Qazaxıstan)   0:1 

 
18-ci Birlik Kuboku – Moskva 2010

63. 16.01.10 Qrup mərhələsi  “Bakı” – “Vaxş” (Tacikistan) 2:0  
64. 17.01.10    “Bakı” - HİK (Finlandiya) 0:0  
65. 19.01.10    “Bakı” - Aktobe (Qazaxıstan) 0:2

  
19-cu “Birlik Kuboku” – Sankt-Peterburq 2011

66. 16.01.11 Qrup mərhələsi  “İnter” – “Neftçi” (Qırğızıstan) 3:0  
67. 16.01.11    “İnter” – “İstiqlal” (Tacikistan) 3:0  
68. 18.01.11    “İnter” – “İskra-Stal” (Moldova) 1:0  
69. 19.01.11 1/4   “İnter” – “Mika” (Ermənistan) 4:0  
70. 21.01.11 1/2   “İnter” – “Zenit” (Rusiya) 5:0  
71. 23.01.11 Final   “İnter” – “Şaxtyor”  0:0 p. 6:5

 

İllər üzrə

S   İL          YER              ADI              O Q H M T/F  X
1. 1993        13           Neftçi                 2  0 0 2  0:9    0
2. 1994        5             Qarabağ             3 2 0 1   6:4    6
3. 1995        10            Neftçi                3 1 0 2   1:6    3
4. 1996        10            Kəpəz                3 1 0 2  3:6    3
5. 1997        13            Neftçi                3 0 0 3  6:11  0
6. 1998        7              Kəpəz                4 1 1 2  7:12   4
7. 1999         5               Kəpəz              3 1 1 1 2:4    4
8. 2000         8               Kəpəz              3 0 0 3 1:11  0
9 2001          11              Şəmkir            3 1 1 1 8:3    4
10. 2002        13             Şəmkir             3 0 1 2 1:6    1
11. 2003       9               U-21                3 1 1 1 4:4    4
12. 2004       13     Qarabağ-Azərsun       3 0 1 2 0:4    1
13. 2005       2                Neftçi              5 4 0 1 10:4  12
14. 2006       1                Neftçi              6 4 2 0 13:4  14
15. 2007       7                Bakı                4 2 1 1 6:4  7
16. 2008       1             Xəzər-Lənkəran  6 4 1 1 13:8  13
17. 2009       3               İnter                5 3 1 1 7:2  10
18. 2010       11             Bakı                  3 1 1 1 2:2  4
19. 2011       1               İnter              6 5 1 0 16:0  16


Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.




Daha çox


Son xəbərlər